Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədi ilə “Səyyar Kofe Evləri - Regionlarda” layihəsinə start verilir.
Layihə çərçivəsində Azərbaycan Respublikasının "Məşğulluq haqqında" Qanununun müvafiq tələblərinə və layihə şərtlərinə uyğun gələn, barista sahəsində çalışmaq istəyən və 21-35 yaş aralığında olan 15 nəfər işsiz şəxsə Gəncə, Göygöl, Quba, Qəbələ, Şəki, Şəmkir, İsmayıllı, Şamaxı, Laçın, Şuşa şəhər və rayonlarında kofe satışının təşkili üçün zəruri aktivlər təqdim ediləcək.
Layihə iştirakçılarının seçimi zamanı üstünlük veriləcəkdir:
1. Barista sahəsi üzrə iş təcrübəsi olanlara;
2. Barista sahəsində təlim, seminar və bu kimi tədbirlərdə iştirak edənlərə;
3. Sahibkarlıq və idarəetmə təcrübəsi olanlara;
4. Faktiki yaşadığı şəhər və ya rayonda çalışmaq istəyənlərə;
5. Şəhid ailələrinin üzvlərinə, müharibə əlillərinə, müharibə veteranlarına, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərlə.
Aşağıdakı linkə daxil olaraq layihəyə müraciət edə bilərsiniz: