“Qarabağ KOB-ları 2025” layihəsi

“Qarabağ KOB-ları 2025” layihəsi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “İnkişaf Korporasiyası” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilən Qarabağ KOB-ları proqramının məqsədi şəhid ailələrinin, qazi və ya müharibə iştirakçısı olmuş şəxslərin özlərinin və ya ailə üzvlərinin maddi, sosial rifahının yaxşılaşdırılması və yaşadıqları yerlərdə iş yerlərinin artırılmasına dəstək olmaqdır. Bu proqram çərçivəsində 100 şəxsə təlimlərin verilməsi, onların bilik və bacarılqarının artırılması və nəticədə 100 KOB yaradılması nəzərdə tutulur.

 

Layihə bir neçə mərhələdən ibarətdir:

  1. Müvafiq kateqoriyaya uyğun vətəndaşların seçim prosesi;
  2. İştirakçıların funksional təlimlərə cəlb olunmaları;
  3. İştirakçıların özünüməşğulluq proqramı çərçivəsində proseslərə cəlb edilməsi;
  4. İştirakçılara avadanlıqların verilməsi və tərəfdaş tərəfindən yekun görüşlərin keçirilməsi.

 

Cari vəziyyətdə tərəfdaş tərəfindən 100-dən çox vətəndaşla 7 fərqli (aşağıda qeyd edilmişdir) bölgədə görüşlər keçirilib və nəticədə hədəf kateqoriyaya uyğun 100 nəfər layihəyə cəlb olunub.

1. Qarabağ (Şuşa, Xocalı, Füzuli, Laçın)

2. Mingəçevir

3. Goranboy

4. Gəncə

5. Sumqayıt

6. Abşeron

7. Bakı

 

Növbəti mərhələdə qeyd olunan bölgələr üzrə tərəfdaş tərəfindən (“İnkişaf Korporasiyası” QSC) funksional təlimlərin keçirilməsi nəzərdə tutulur.

  1. İnsan Resurslarının İdarə Olunması
  2. Satış
  3. Maliyyənin İdarəolunması
  4. Biznes Planın Hazırlanması
  5. Marketinq
  6. SMM
  7. Biznesə başla