Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Birgə və Sağlam” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə “Kaşalata” layihəsinə start verilib.
Layihənin məqsədi autizmli gənclər və onların ailə üzvləri üçün inklüziv iş mühitinin yaradılmasıdır. Belə ki, layihə çərçivəsində autizmli gənclərin və onların ailə üzvləri birgə fəaliyyət göstərəcəkləri “Kaşalata” Kafe və İnklüziv Yaradıcılıq Mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Hər iki qrupdan olan benefisiarlar peşə bacarıqları (müştərilərə servis edilən məhsulların – kofe, şirniyyat və s. hazırlanması) ilə yanaşı autizm haqqında, həmçinin autizmli şəxslərlə davranış qaydaları haqqında xüsusi təlimlərə cəlb olunacaqdır.
Digər aktiv məşğulluq tədbirləri çərçivəsində həyata keçirilən layihə üzrə müvafiq kateqoriyadan olan 10 nəfərin dayanıqlı iş yeri ilə təmin olunması nəzərdə tutulub.