Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyi aktiv məşğulluq tədbirlərini təşkil edir, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlər həyata keçirir, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərini yerinə yetirir. Agentlik həmçinin, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlilinin aparılması və qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarət tədbirlərini həyata keçirir.
Agentliyin iş qrafiki:
Bazar ertəsi - cümə: 09:00-18:00
Şənbə-bazar: Qeyri-iş günü
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması" qaydasında əsasən 15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran və ya işsiz kimi qeydiyyata alınmaq hüququna malikdir. Şəxslər şəxsiyyətini təsdiq edən sənədlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə yaxınlaşaraq və ya Nazirliyin Mərkəzləşdirilmiş elektrin informasiya sisteminin "Əmək və məşğulluq" altsistemində elektron ərizəni dolduraraq işaxtaran və ya işsiz kimi qeydiyyata alınırlar. Müraciət zamanı şəxsin məlumatları analiz edilir. Şəxs onun işsiz kimi qeydiyyatdan keçməsini istisna edən hər hansı xüsusi hal yoxdursa, yəni məşğul şəxs deyilsə, 15 yaşına çatıbsa, təhsil müəssisəsində əyani təhsil almırsa,yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət almırsa işsiz kimi, əks halda isə işaxtaran kimi qeydiyyata alınır. Növbəti addım olaraq isə işsiz və aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran şəxsin məşğulluq imkanları qiymətləndirilir və onun işə düzəlməsinə kömək məqsədilə hazırlanan Fərdi məşğulluq proqramı tərtib edilir.
Məşğulluq imkanlarının qiymətləndirilməsi (MİQ) – işsiz və ya aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran şəxsin əmək bazarında perspektivlərinə və imkanlarına əsasən zəruri dəstəyi müəyyənləşdirməyə imkan verən vasitədir. Qiymətləndirmənin məqsədi işsiz (işaxtaran) kimi müraciət edən şəxsin peşəkar imkanlarını qiymətləndirərək ona əmək bazarının şərtləri daxilində uyğun məşğulluq tədbirini təklif etmək və fərdi məşğulluq proqramının tərtibatında məşğulluq tədbirlərinin ardıcıllığını müəyyənləşdirməkdir. MİQ sorğu əsasında işsiz (işaxtaran) şəxsə təyin olunmuş karyera məsləhətçisi tərəfindən aparılır. Sorğu nəticəsində vətəndaş 3 meyara əsasən qiymətləndirilir: 1. Sosial-demoqrafik göstəriciləri (ailə vəziyyəti, ailədə işləyənlərin sayı, yaşayış şəraiti, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs kateqoriyasına aidliyi); 2. Real məşğulluq imkanları (təhsil, iş təcrübəsi, işsizlik müddəti, kompüter bacarıqları, ixtisas ilə bağlı spesifik kompüter bacarıqları, xarici dil bacarıqları, sürücülük vəsiqəsi, digər bacarıqlar, fərdi sahibkarlıq, iş tapma cəhdləri); 3. Əmək bazarındakı gözləntiləri və iddiaları (əməkhaqqı gözləntisi, təhsili və ixtisasının əmək bazarına uyğunluğu, zaman baxımından işə ehtiyac səviyyəsi, ailə vəziyyətinin məşğulluğa təsiri, işə görə yaşayış yerini dəyişmək imkanı).
- əmək müqaviləsi ilə işləyənlər, - mülki-hüquqi xarakterli müqavilələrlə çalışanlar, - sahibkarlar, - mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olanlar, - ailə kəndli təsərrüfatının üzvləri; - haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və təsdiq edilənlər, - Azərbaycan Silahlı qüvvələrində xidmət edənlər, - ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar - Ölkə ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, - Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşları. - xüsusi notariuslar, sərbəst mediatorlar və vəkillər.
Münasib iş üçün və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı elektron qaydada və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə fiziki müraciət edərək Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsistemndə işaxtaran kimi qeydiyyata alınan şəxslər.
İşi və qazancı olmayan, işə başlamağa hazır olub elektron qaydada və ya Aəzrbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə fiziki müraciət edərək Nazirliyin Mərkəzləşdirilmiş elektrin informasiya sisteminin "Əmək və məşğulluq" altsistemndə işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslər.
“Məşğulluq haqqında” Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə; - “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda; - vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; - təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda; - işsiz kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə; - təhsil müəssisəsinə əyani qəbul olunduqda. - fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə; - fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı "Məşğulluq haqqında" Qanunun 27.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə.
- Hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə; - Barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə; - İşaxtaran kimi qeydiyyata alındığı tarixdən 2 (iki) il ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 (bir) il müddətində.
Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya "DOST" mərkəzlərinin göndərişi əsasında münasib işlə təmin olunduqda; - Vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; - Təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə; - İşaxtaran kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim etdikdə. - Aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə; - Aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı "Məşğulluq haqqında" Qanunun 27.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə.
"Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən məşğul hesab edilən şəxslər; - 15 yaşına çatmayanlar; - Təhsil müəssisəsində əyani təhsil alanlar; - “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər; - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən, habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 (altı) ay müddətində. İşsiz kimi qeydiyyata alınmayan və ya işsiz kimi qeydiyyatı ləğv olunan şəxs işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir. Təqdim edilmiş sənədlərdə təhrif olunmuş və ya yalnış məlumatlar olduğu üçün işaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs isə həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.
Fərdi məşğulluq proqramı işsiz şəxsin işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən elektron sənəddir. İşsiz şəxsə onunla bağlı fərdi məşğulluq proqramının tərtib edildiyi barədə SMS bildiriş göndərilir və proqram həmin şəxsin işsiz kimi qeydiyyatdan keçərkən “Əmək və məşğulluq” altsistemində formalaşan şəxsi kabinetinə yerləşdirilir. İşsiz şəxs mesaj vasitəsilə göndərilən linkə daxil olaraq onun üçün tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiqləyə və ya ondan imtina edə bilər. Proqram təsdiqləndikdə vətəndaşa növbəti mərhələdə nə etməli olacağı barədə məlumat verilir. Proqramdan imtina etdikdə isə "Məşğulluq haqqında" Qanunun 5.10.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır. 5 iş günü müddətində Fərdi Məşğulluq Proqramına münasibət bildirmədikdə isə bu, proqramdan imtina kimi qiymətləndirilir və şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir.
İşsiz və ya aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran şəxsin peşəkar imkanlarını qiymətləndirərək ona fərdi məşğulluq proqramı tərtib etmək məqsədilə karyera məsləhətçiləri tərəfindən şəxslərin məşğulluq imkanlarının qiymətləndirilir. Məşğulluq imkanlarının qiymətləndirilməsi sorğu əsasında aparılır və soğru nəticəsində fərdi məşğulluq proqramına daxil edilən məşğulluq tədbirləri və onun ardıcıllığı müəyyən olunur.
Özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir. Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində Özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir.
Özünüməşğulluq proqramında iştirak etmək istəyən işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər ilk növbədə, qeydiyyatda olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət etməlidirlər. Özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdən ibarətdir: 1. Özünüməşğulluğun təşkili ilə bağlı işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi; 1.1. şəxsin təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi; 2. Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; 3. Özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 4. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz və işaxtaran şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; 5. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində monitorinqi; 6. Müqavilə müddətinin sonunda şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlakın özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilməsi.
Özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.
Haqqı ödənilən ictimai işlər müvəqqəti məşğulluğun təmin edilməsi məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Məşğulluq haqqında” Qanunun müvafiq maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınan şəxslər, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin ödənişli ictimai işlərə cəlb olunması təşkil edilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq ictimai işlərə cəlb edilən şəxslərlə müddətli əmək müqaviləsi bağlanır. Əmək müqaviləsinə uyğun olaraq faktiki yerinə yetirilən işə görə, ölkə üzrə müəyyən edilən minimum əməkhaqqı məbləğindən az olmamaq şərti ilə həmin şəxslərə əməkhaqqı təyin edilir.
Dövlət Məşğulluq Agentliyi tərəfindən işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir. Peşə hazırlığı - işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və ya yeni ixtisasa (peşəyə) yiyələnmək üçün yenidən hazırlıq, ixtisasartırma istiqamətlərində təhsil almasıdır.
Peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Məşğulluq filiallarına və ya “DOST” Mərkəzlərinə yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.
- İşaxtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə onlar üçün münasib iş seçmək mümkün olmadıqda; - İşaxtaran və işsiz şəxs əvvəlki peşə üzrə işləmək qabiliyyətini itirdikdə.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda 6 ayadək müddətdə həyata keçirilir.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, işsiz şəxslər, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər, il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslər peşə hazırlığına ödənişsiz əsaslarla cəlb olunurlar. Peşə hazırlığının təşkili zamanı şəhid ailəsinin üzvləri, 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar üstün hüquqa malikdirlər.
Peşə hazırlığı, Dövlət Məşğulluq Agentliyinin tabeliyində Peşə Hazırlığı Mərkəzlərində, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın 1.5. maddəsinə uyğun olaraq Dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən əlavə təhsili həyata keçirən müəssisələrdə (universitetlər, institutlar, mərkəzlər və s.) həyata keçirilir.
Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əmək haqqı məbləğinin 50%-i qədər təqaüd ödənilir.
Peşə hazırlığına cəlb olunmaq üçün müraciət etmiş işaxtaran və ya işsiz şəxslərin bilik və bacarığı qiymətləndirilir, seçdiyi peşə və ya ixtisas üzrə peşə hazırlığına uyğunluğu müəyyən olunur. Eyni zamanda peşə hazırlığına müraciət zamanı işaxtaran və ya işsiz şəxsin təhsili, sağlamlıq vəziyyəti, iş təcrübəsi də nəzərə alınır.
Peşə hazırlığına cəlb olunmuş və müvafiq kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə Agentlik tərəfindən müvafiq sənəd təqdim olunur.
Sizin peşə hazırlığına cəlb olunmanız üçün göndərişiniz tədris müəssisələrinin səmərəliliyi və nəticəliliyi üzrə müəyyən olunan növbəliliyə əsasən verilir. Bu zaman müraciət etdiyiniz aktual peşələr arasında növbəlilikdə öndə olan tədris müəssisəsinə göndərişiniz veriləcək. Bu səbəbdən iştirakçı müəssisəni özü seçə bilməz.
Peşə hazırlığını bitirdikdən sonra sizin imtahan nəticələriniz nəzərə alınmaqla həm peşə hazırlığını həyata keçirən tədris müəssisəsi tərəfindən əməkdaşlıq etdikləri işəgötürənlərə tövsiyə etməklə, həm də Dövlət Məşğulluq Agentliyi tərəfindən münasib işə (təhsilinizə, ixtisasınıza, əvvəlki peşəniz üzrə təcrübənizə, səhhətinizə, təklif edilən iş yerinə ictimai nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan işlər) göndəriş verməklə işlə təmin olunmanıza dəstək göstərilir. Lakin münasib işə göndərişin verilməsi üçün öncəliklə "Əmək və məşğulluq" altsistemində işəgötürənlər tərəfindən müvafiq vakansiyaların elan olunması və vakansiya üzrə işə qəbul üçün aparılan qiymətləndirmədən uğurla keçməyiniz lazımdır.
Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filialları, DOST Mərkəzlərinə müraciət etməklə və ya DOST Çağrı mərkəzinin qaynar xəttinə (142) zəng edərək müvafiq məlumatı əldə edə bilərsiniz.
Müraciət etdiyiniz peşə üzrə hazırlıq kursları aktualdırsa, kursun başlaması müraciət edən şəxslərin sayından və qrupların tamamlanma tezliyindən asılı olaraq dəyişir. Qrupların tamamlanma prosesi müraciət edən şəxslərin qiymətləndirmə nəticələrində asılı olaraq dinamik qaydada dəyişdiyi üçün kursun başlama tarixi və ya aktuallığı barədə məlumatı Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filialları və DOST Mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.
- sığorta ödənişini alan şəxs məşğul şəxs hesab edildikdə; - sığorta ödənişini alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.) olmadan icra etmədikdə; - sığorta ödənişini alan şəxs sığorta ödənişinin ödənilmə müddətləri başa çatdıqda; - sığorta ödənişini alan şəxs üzrlü səbəblər (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya*gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər*arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.) olmadan fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etmədikdə; - sığorta ödənişini alan şəxs ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində; - sığorta ödənişini alan şəxs sığorta ödənişi aldığı dövrdə Dövlət Məşğulluq Agentliyinə məlumat vermədən işə düzəldikdə; - sığorta ödənişini alan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda; - sığorta ödənişini alan şəxs qanunla müəyyən olunmuş qaydada işə bərpa edildikdə; - sığorta ödənişi alan şəxs ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunduqda; - sığorta ödənişi alan şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə; - sığorta ödənişi alan şəxsin barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə; - sığorta ödənişi alan şəxsə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə əmək pensiyası təyin edilmək üçün əsaslar yarandıqda; - sığorta ödənişi alan şəxsə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə müavinət təyin edilmək üçün əsaslar yarandıqda; - sığorta ödənişi alan şəxs tərəfindən təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda; - sığorta ödənişi alan şəxs vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; - sığorta ödənişini alan şəxs tərəfindən işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə.
- Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə; - İşçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; - Əmək müqaviləsinin müddəti qurtardıqda; - Müəssisənin mülkiyyətçisi dəyişdikdə; - Əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda və ya əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.
İşaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənin vakansiya bankına təqdim olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqının bir hissəsinin müəyyən edilmiş qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən iş yeri.
Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzinin göndərişi əsasında işə qəbul olunmuş şəxslərin əməkhaqlarının qaydalara əsasən nəzərdə tutulmuş hissəsinin ödənilməsidir.
Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və ya “DOST” mərkəzlərində işsiz kimi qeydiyyata alınmış şəxslərin bu proqramda iştirak etmək hüququ vardır.
əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər.
Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər olmayan; Son 1 (bir) ildə fəaliyyətdə olan; Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək bazarının təhlili əsasında müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin (bundan sonra – MEİS) “Əmək və məşğulluq” altsistemində “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi” Qaydasının 1 nömrəli əlavəsinə uyğun olaraq “Sosial iş yerlərində işçilərin əməkhaqlarının maliyyələşdirilməsi üçün Ərizə”ni dolduraraq təsdiq edir.
Elektron formada göndərilmiş müraciət qeydiyyata alındıqdan sonra 10 (on) iş günü ərzində həmin işəgötürənin bu proqramda iştirakının mümkünlüyü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən baxılır.
Dövlət Məşğulluq Agentliyinin müqavilə imzaladığı işəgötürənlərə sosial iş yerlərinə göndərişin verilməsi və göndərişə münasibətdə işəgötürənin qərarının təqdim edilməsinə əsasən işaxtaran tərəfindən qəbul edilmiş münasib iş təklifi əsasında “DOST” mərkəzinin səlahiyyətli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş vakansiyaya göndəriş və işaxtaranın fərdi məşğulluq vərəqindən çıxarış ƏMAS tərəfindən elektron qaydada işəgötürənə göndərilir və işaxtaranın şəxsi kabinetində yerləşdirilir. İşəgötürən “DOST” mərkəzinin təqdim etdiyi göndərişə əsasən işaxtaranın vakansiya üzrə işə qəbulundan imtina etməsi və ya vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı ƏMAS-a daxil edərək, gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.
- İşəgötürənlərə yarmarka iştirakçıları arasından lazımi kadr seçmək, həmçinin işaxtaranlarla birbaşa müsahibələr keçirmək imkanının yaradılması; - İşsiz və işaxtaran şəxslərin aktiv əmək bazarı proqramları, vakant iş yerləri barədə məlumatlandırılması, iş axtarışı üsulu, əmək bazarında özünü təqdimetmə, peşə istiqamətinin seçilməsi ilə bağlı məsləhətlər verilir.
- karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir; - peşə seçiminə istiqamətləndirilir; - peşə hazırlığına cəlb edilir; - haqqı ödənilən ictimai işlərə cəlb edilir; - iş yerlərinə göndəriş verilir.
- İşsiz və işaxtaran vətəndaşlar; - İşəgötürənlər.
Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
İşəgötürənlər tərəfindən vakansiya bankına boş iş yerləri barədə məlumat 5 iş günü müddətində yerləşdirilməlidir.
İşəgötürənlər işsiz və ya işaxtaran şəxslərin müvafiq vakansiya üzrə müraciətinə 5 iş günü müddətində baxıb müsbət və ya mənfi geridönüş etməlidir.
Əmək müqaviləsi və ya mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir.
əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər;
Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilir.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən işəgötürənlər üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayıdır.
Kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta illik siyahı sayının 5 faizindən çox olmamaq şərtilə yəni, işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında, bu halda həmin iş yerlərindən biri əlilliyi olan şəxslər, işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər, və işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər nəzərdə tutulur.
Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 (on beş) iş yerindən çox olmamaqla müəyyən edilir.
2 ildən az olmayan müddətə bağlanılır.
15 iş günü ərzində
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə ortaaylıq nominal əməkhaqqından çox olmamaq şərtilə.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə iş yerlərinin yaradılmasının bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsini nəzərdə tutan aktiv məşğulluq tədbiridir.
Son bir il ərzində fəaliyyətdə olan və müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, son bir il ərzində işçilərin sayını azaltmayan və ya iş yerlərini ixtisar etməyən və "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə uyğun olaraq müvafiq məlumatları vakansiya bankına təqdim edən işəgötürənlər.
Dövlət orqanlarının (qurumlarının), bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin müsabiqədə iştirakına yol verilmir.
Müsabiqədə məqsədli proqramlar üzrə əmək bazarında ən çox tələb olunan peşələr üzrə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün münasib və dayanıqlı iş yerləri yaradan işəgötürənlərə üstünlük verilir.
3 illik
2 ildən az olmayan müddətə
İşəgötürənlər hər müsabiqəyə yalnız 1 (bir) layihə təqdim edə bilərlər.
Layihə çərçivəsində yaradılacaq iş yerlərinin sayı işəgötürənin mövcud işçi sayının 10 (on) faizi miqdarınadək, lakin ümumilikdə 20 iş yerindən çox ola bilməz.
İş yerlərinin yaradılması ilə bağlı xərclərin 75 faizədək hissəsi Agentlik tərəfindən, azı 25 faizi isə işəgötürən tərəfindən ödənilir.
İşəgötürən haqqında məlumatlar, qısa xülasə (layihənin adı, məqsəd və hədəfləri), sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dairəsi, iqtisadi fəaliyyət növü üzrə yaradılması planlaşdırılan iş yerlərinin sayı, iş yerinin daimi və ya müvəqqəti olması, əmək müqaviləsinin müddəti, həmçinin həmin iş yeri üzrə nəzərdə tutulan əməkhaqqı barədə məlumat, layihənin başlama tarixi və icrası mərhələləri, layihə ilə bağlı nəzərdə tutulan xərc istiqamətləri və məbləği, işəgötürən tərəfindən ödənilməsi nəzərdə tutulan maliyyə vəsaitinin məbləği, yarana biləcək risklər və qarşısının alınması tədbirləri, nəticə və davamlılıq haqqında məlumatlar və layihənin xüsusiyyətlərindən asılı olaraq digər məlumatlar.
Xeyr. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1-ci bəndinə əsasən bu fəaliyət iqtisadi fəaliyyət növü işədüzəltmədə vasitəçilik kimi qeydiyyata alınmış yalnız hüquqi şəxslər tərəfindən aparıla bilər.
Qanunvericiliyin tələbinə əsasən işədüzəltmə vasitəçilərinin Dövlət Məşğulluq Agentliyi tərəfindən reyestri aparılır. İşaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər toplanılmış informasiya ehtiyatları ilə bağlı Agentliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsi aparmalıdırlar.
İşəgötürmə vasitəçiliyi ilə hüquqi şəxs yaratmadan fəaliyyət göstərilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 576.1-ci bəndinə əsasən üç yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı kütləvi informasiya vasitələrində doğru olmayan məlumatların yayılmasına görə- İnzibati Xətalar Məcəlləsinin 576.2-ci bəndi ilə beş yüz manat məbləğində cərimə nəzərdə tutlmuşdur. Agentlik tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatların təqdim edilməməsinə görə -İnzibati Xətalar Məcəlləsinin 576.3-cü bəndi ilə beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarına dair Agentliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 576.3-cü bəndi ilə beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə İşəgötürənin beş yüz manatdan min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur
"Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 14.4-cü bəndinin və "“İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”in təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2019-cu il 8 avqust tarixli 349 nömrəli Qərarının tələblərinə uyğun olaraq vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər hər ayın 5-dən gec olmayaraq fəaliyyətlərinə dair hesabatı Dövlət Məşğulluq Agentliyinə təqdim etməlidirlər. Vasitəçilər tərəfindən aylıq hesabatlar dma.gov.az saytı üzərindən “Aylıq hesabat” bölməsindən keçid edərək təqdim edilir.
Nazirlər Kabinetinin 2019-cu il 8 avqust tarixli 349 nömrəli Qərarının tələblərinə uyğun olaraq müvafiq reyestrdə qeydiyyata düşmək üçün vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər dma.gov.az saytı üzərindən reyestrlər bölməsində olan “Müraciət et” hissəsinə keçid edərək müvafiq məlumatları təqdim etməklə müraciət edə bilərlər
Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər bir işəgötürən üzrə 30 sosial iş yerindən çox olmamalıdır.
Sosial iş yerlərində 6 (altı) aydan az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əmək müqaviləsinin müddətinin yarısı qədər, lakin 12 (on iki) aydan çox olmayan müddətdə maliyyələşdirilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox, olmamaq şərti ilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.