“Birgə və Sağlam” layihəsi

“Birgə və Sağlam” layihəsi

“Birgə və Sağlam” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Birgə və sağlam” İctimai Birliyi tərəfindən həyata keçirilib.

 

Xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən, uşaqların reabilitasiya xidmətlərindən yararlanmasına və psixi sağlamlıqlarının qorunmasına kömək etmək, onların hüquqlarını qorumaq, sosial bərabərlik və inkluziya təşəbbüslərini artırmaq, bu istiqamətdə cəmiyyəti maarifləndirmək məqsədilə yaradılan Birgə və Sağlam ictimai birliyinin təşəbbüsü və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə icra edilən layihənin məqsədi autizmli uşaqları böyüdən qadınların asudə vaxtlarını daha səmərəli keçirmək və məşğulluq imkanlarını genişləndirməkdən ibarət olub.

 

Belə ki, layihə çərçivəsində “Birgə və sağlam” İctimai Birliyi tərəfindən birliyin yeni yaradılan mərkəzində benefisiarların çalışması üçün xüsusi yer ayrılıb. Təlimlər bitdikdən sonra uğurlu biznes plan tərtib edən vətəndaşlara Dövlət Məşğulluq Agentliyi tərəfindən müxtəlif zərflər üzrə aktivlər təqdim edilib. Ümumilikdə 8 vətəndaş layihə nəticəsində müvafiq aktivlərlə təmin edilib.