Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsi ilə birgə imzalanmış memoranduma əsasən “Potensial ABAD-çılara dəstək” layihəsi icra olunmaqdadır.
Layihənin məqsədi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək, daxili bazar tələblərinin qarşılanması üçün yüksək keyfiyyətli məhsulların istehsalını təşviq etmək, qurulacaq mikro sahibkarlıq subyektlərinin potensialına daimi olaraq dəstək olmaq və məhsulların daha geniş məkanda təbliğini təmin etməkdir.
Layihə çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqlarla təmin edilmiş benefisiarlara, o cümlədən mikro sahibkarlara ABAD tərəfindən biznes-konsaltinq, texniki dəstək, marketinq, maliyyə, hüquqi xidmətlər, logistika və satışın təşkili kimi xidmətlər göstəriləcək. Bununla da işsiz vətəndaşların məşğulluğu təmin olunaraq mikro-sahibkarlar formalaşmış olacaq.