Vətəndaş qəbulu

 

İdarə Heyətinin sədri və sədr müavinlərinin vətəndaş qəbulu cədvəli

 

Ad və soyadı

 

Vəzifəsi

 

Qəbul günü

 

Qəbul saatı

 

Hasil Abbasov


 

İdarə Heyətinin sədri


 

Çərşənbə


 

10:00 - 12:00


 

Eşqin Bayramov


 

İdarə Heyəti sədrinin müavini


 

Bazar ertəsi


 

14:00 - 16:00


 

 


 

İdarə Heyəti sədrinin müavini


 

Çərşənbə axşamı


 

10:00 - 12:00


 

Ülvi Abasquliyev


 

İdarə Heyəti sədrinin müavini


 

Cümə axşamı 


 

10:00 - 12:00


 

Ramal Quluzadə


 

İdarə Heyəti sədrinin müavini


 

Cümə 


 

10:00 - 12:00


 

 

 

Aparat üzrə departament rəhbərlərinin vətəndaş qəbulu cədvəli

 

 

Ad və soyadı

 

Vəzifəsi

 

Qəbul günü

 

Qəbul saatı

 

Namiq Məmmədov


 

Peşə hazırlığı departamentinin müdiri


 

Bazar ertəsi


 

10:00 - 12:00


 

Elmar Hacıyev


 

Sənədlərlə iş və vətəndaş qəbulu departamentinin müdiri


 

Çərşənbə axşamı


 

10:00 - 12:00


 

Pərviz Bənnalı


 

Məşğulluq tədbirləri departamentinin müdiri


 

Çərşənbə


 

10:00 - 12:00


 

Saleh Həsənov


 

Sosial tərəfdaşlarla iş departamentinin müdiri


 

Cümə axşamı 


 

10:00 - 12:00


 

Rövşən Qəniyev


 

Rəqəmsal həllər departamentinin müdiri


 

Cümə


 

10:00 - 12:00


 

Elnur Qasımov


 

Daxili nəzarət və audit departamentinin müdiri


 

Bazar ertəsi


 

11:00 - 13:00


 

Zabitə Məhərrəmova


 

Hüquq departamentinin müdiri


 

Çərşənbə axşamı


 

11:00 - 13:00


 

Vakant


 

İnsan resursları departamentinin müdiri


 

Çərşənbə


 

11:00 - 13:00


 

Şəms Qasımzadə


 

Maliyyə departamentinin müdiri


 

Cümə axşamı 


 

11:00 - 13:00


 

Vakant


 

Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri


 

Cümə


 

11:00 - 13:00


 

Firdovsi Fikrətzadə


 

Təhlil və strateji planlaşdırma departamentinin müdiri


 

Bazar ertəsi


 

15:00 - 17:00


 

Şahin Qubadov


 

İnzibati departamentinin müdiri


 

Çərşənbə axşamı


 

15:00 - 17:00


 

Mayis Musayev


 

Kommunikasiya departamentinin müdiri


 

Çərşənbə


 

15:00 - 17:00


 

Vüqar Əliyev


 

Məşğulluq imkanlarının qiymətləndirilməsi departamentinin müdiri


 

Cümə axşamı 


 

15:00 - 17:00


 

Tamerlan Qasımov


 

Böyük qayıdışa dair məşğulluq məsələləri departamentinin müdiri


 

Cümə


 

15:00 - 17:00


 

 

 

Regional Məşğulluq Filiallarının rəhbər vəzifəli şəxslərinin vətəndaş qəbulu cədvəli

 

Ad və soyadı

 

Vəzifəsi

 

Qəbul günü

 

Qəbul saatı

 

Habil Alıyev


Jalə Əhmədova

Bakı Regional Məşğulluq Filialının müdiri


Bakı Regional Məşğulluq Filialının müdir müavini

Çərşənbə axşamı / Cümə axşamı


Çərşənbə / Cümə

10:00 - 12:00


10:00 - 12:00

Emil Əbdülrəhimli


Emin Səfərov

Bakı Regional Məşğulluq Filialının müdir müavini


Bakı Regional Məşğulluq Filialının müdir müavini

Çərşənbə axşamı / Cümə axşamı


Bazar ertəsi / Çərşənbə

10:00 - 12:00


10:00 - 12:00

Elnur Məmmədov


Elməddin Qurbanov

İşsiz şəxslərlə iş şöbəsinin müdiri


Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri

Bazar ertəsi / Çərşənbə / Cümə


Bazar ertəsi / Cümə

14:00-17:00


15:00 - 17:00

Emil İsayev


Tural Cumalıyev

Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdir müavini


İşsiz şəxslərlə iş şöbəsinin müdiri

Çərşənbə axşamı /  Cümə axşamı


Bazar ertəsi /Çərşənbə / Cümə

10:00 - 12:00


10:00 - 13:00

Şəhriyar Kazımov


Anar Əliyev

Daşkəsən rayon xidmət şöbəsinin müdiri


Goranboy rayon xidmət şöbəsinin müdiri

həftəiçi hər gün


həftəiçi hər gün

09:00 - 13:00 / 14:00 - 18:00


09:00 - 13:00 / 14:00 - 18:00

Eşqin Zeynalov


Zaur Allahverdiyev

Samux rayon xidmət şöbəsinin müdiri


Abşeron-Xızı Regional Məşğulluq Filialının müdir müavini

həftəiçi hər gün


Çərşənbə axşamı / Çərşənbə

09:00 - 13:00 / 14:00 - 18:00


10:00 - 12:00

Fərrux İlyasov


Çingiz Hüseynov

Abşeron-Xızı Regional Məşğulluq Filialının müdir müavini


Xızı rayon xidmət şöbəsinin müdiri

Bazar ertəsi / Cümə axşamı / Cümə


həftəiçi hər gün

10:00-12:00/10:00-12:00/15:00-17:00


09:00 - 13:00 / 14:00 - 18:00

Namiq Bağıyev


Ceyhun Fətiyev

Dağlıq Şirvan Regional Məşğulluq Filialının müdiri v.m.i.e


İşsiz şəxslərlə iş şöbəsinin müdiri

Bazar ertəsi / Çərşənbə / Cümə axşamı


Bazar ertəsi / Çərşənbə / Cümə

10:00-12:00


10:00 - 13:00

Vüqar Hüseynov


Mehman Bağıri

Qobustan rayon xidmət şöbəsinin müdiri


İsmayıllı rayon xidmət şöbəsinin müdiri

həftəiçi hər gün


həftəiçi hər gün

09:00 - 13:00 / 14:00 - 18:00


09:00 - 13:00 / 14:00 - 18:00

Cəfər Cəfərov


Rasim Məmmədov

Quba-Xaçmaz Regional Məşğulluq Filialının müdiri


Quba-Xaçmaz Regional Məşğulluq Filialının müdir müavini

Çərşənbə axşamı /  Cümə axşamı


Bazar ertəsi  / Çərşənbə

11:00 - 13:00 


11:00 - 13:00 / 14:00 - 16:00

Rəsul Mursaquliyev


Rövşən Orucəliyev

Quba-Xaçmaz Regional Məşğulluq Filialının müdir müavini


Şabran rayon xidmət şöbəsinin müdiri

Bazar ertəsi / Cümə


həftəiçi hər gün

11:00 - 13:00


09:00 - 13:00 / 14:00 - 18:00

Vüqar Şahbazov


Günay Sədiyeva

Qusar rayon xidmət şöbəsinin müdiri


Xaçmaz rayon xidmət şöbəsinin müdiri

həftəiçi hər gün


həftəiçi hər gün

09:00 - 13:00 / 14:00 - 18:00


09:00 - 13:00 / 14:00 - 18:00

Əziz Tacəddinov


Abdulla Kərimov

Siyəzən rayon xidmət şöbəsinin müdiri


Şəki-Zaqatala Regional Məşğulluq Filialının müdiri

həftəiçi hər gün


Çərşənbə / Cümə axşamı

09:00 - 13:00 / 14:00 - 18:00


10:00 - 13:00

Tahsin Hüseynov


İlham Mikayılov

Şəki-Zaqatala Regional Məşğulluq Filialının müdir müavini


İşsiz şəxslərlə iş şöbəsinin müdiri

Bazar ertəsi / Cümə 


Bazar ertəsi / Çərşənbə / Cümə

10:00 - 13:00


14:00 - 17:00

Nazim Məmmədov


Abdulla Abdullayev

Zaqatala rayon xidmət şöbəsinin müdiri


Qax rayon xidmət şöbəsinin müdiri

həftəiçi hər gün


həftəiçi hər gün

09:00 - 13:00 / 14:00 - 18:00


09:00 - 13:00 / 14:00 - 18:00

Ramil İsayev


Pərvin Bayramova

Qəbələ rayon xidmət şöbəsinin müdiri


Balakən rayon xidmət şöbəsinin müdiri

həftəiçi hər gün


həftəiçi hər gün

09:00 - 13:00 / 14:00 - 18:00


09:00 - 13:00 / 14:00 - 18:00

İlkin Süleymanov


Xaqani Məmmədov

Oğuz rayon xidmət şöbəsinin müdiri


Şirvan-Salyan Regional Məşğulluq Filialının müdiri v.m.i.e

həftəiçi hər gün


Bazar ertəsi / Cümə axşamı

09:00 - 13:00 / 14:00 - 18:00


11:00 - 13:00

Vüsal Əhmədov


Əhsən Əliyev

Şirvan-Salyan Regional Məşğulluq Filialının müdir müavini


İşsiz şəxslərlə iş şöbəsinin müdiri

Çərşənbə / Cümə


Çərşənbə axşamı / Cümə axşamı / Cümə

11:00 - 13:00


14:00 - 17:00

Fərhad Qədirov


Cavid Əmənov

Hacıqabul rayon xidmət şöbəsinin müdiri


Salyan rayon xidmət şöbəsinin müdiri

həftəiçi hər gün


həftəiçi hər gün

09:00 - 13:00 / 14:00 - 18:00


09:00 - 13:00 / 14:00 - 18:00

Orxan Gülüşov


Səbuhi Quliyev

Neftçala rayon xidmət şöbəsinin müdiri


Biləsuvar rayon xidmət şöbəsinin müdiri

həftəiçi hər gün


həftəiçi hər gün

09:00 - 13:00 / 14:00 - 18:00


09:00 - 13:00 / 14:00 - 18:00

Rasim Harəzmşah


Vüqar Xalıqov

Lənkəran-Astara Regional Məşğulluq Filialının müdiri


Lənkəran-Astara Regional Məşğulluq Filialının müdir müavini

Çərşənbə axşamı / Cümə axşamı


Çərşənbə / Cümə

11:00 - 13:00


15:00 - 17:00

Mehman Bağışzadə


Əfrail İmanov

İşsiz şəxslərlə iş şöbəsinin müdiri


Lerik rayon xidmət şöbəsinin müdiri

Bazar ertəsi / Çərşənbə / Cümə


həftəiçi hər gün

14:00 - 17:00


09:00 - 13:00 / 14:00 - 18:00

Famil Mirzəyev


Sadiq Abbasov

Astara rayon xidmət şöbəsinin müdiri


Cəlilabad rayon xidmət şöbəsinin müdiri

həftəiçi hər gün


həftəiçi hər gün

09:00 - 13:00 / 14:00 - 18:00


09:00 - 13:00 / 14:00 - 18:00

Elşən Xəlilov


Ruslan Məmmədli

Mil-Muğan Regional Məşğulluq Filialının müdiri v.m.i.e


Mil-Muğan Regional Məşğulluq Filialının müdir müavini

Bazar ertəsi / Cümə axşamı


Bazar ertəsi / Çərşənbə

10:00 - 13:00


10:00 - 13:00

Pərvanə Gülmalı


 

Beyləqan rayon xidmət şöbəsinin müdiri


 

həftəiçi hər gün


 

09:00 - 13:00 / 14:00 - 18:00


 

Sənan Məmmədzadə


Mehriban Əliyeva

Şərqi Zəngəzur Regional Məşğulluq Filialının müdiri


Şərqi Zəngəzur Regional Məşğulluq Filialının müdir müavini

Çərşənbə axşamı / Cümə


Bazar ertəsi / Çərşənbə

10:00 - 12:00


10:00 - 12:00

Elvin Qasımov


Hafiz Cəfərzadə

Şərqi Zəngəzur Regional Məşğulluq Filialının müdir müavini


İşsiz şəxslərlə iş şöbəsinin müdiri

Çərşənbə / Cümə axşamı


Bazar ertəsi / Cümə axşamı / Cümə

15:00 - 17:00 / 10:00 - 12:00


14:00 - 17:00

Hikmət Yusibov


İlqar Təhməzov

Kəlbəcər rayon xidmət şöbəsinin müdiri


Laçın rayon xidmət şöbəsinin müdiri

həftəiçi hər gün


həftəiçi hər gün

09:00 - 13:00 / 14:00 - 18:00


09:00 - 13:00 / 14:00 - 18:00

Babək Tağıyev


Pərviz Hüseynov

Qarabağ Regional Məşğulluq Filialının müdiri


Qarabağ Regional Məşğulluq Filialının müdir müavini

Çərşənbə axşamı / Cümə axşamı


Bazar ertəsi / Çərşənbə

10:00 - 12:00


10:00 - 12:00

Anar Əzəmmədov


Kənan Süleymanlı

Qarabağ Regional Məşğulluq Filialının müdir müavini


İşsiz şəxslərlə iş şöbəsinin müdiri

Çərşənbə axşamı / Cümə


Bazar ertəsi / Çərşənbə / Cümə

10:00 - 12:00


14:00 - 17:00

Ağamoğlan İsmayılov


Rauf Məmmədov

Tərtər rayon xidmət şöbəsinin müdiri


Ağcabədi rayon xidmət şöbəsinin müdiri

həftəiçi hər gün


həftəiçi hər gün

09:00 - 13:00 / 14:00 - 18:00


09:00 - 13:00 / 14:00 - 18:00

Gündüz Rəsulov


Cahandar Rəhimli

Ağdam rayon xidmət şöbəsinin müdiri


Xankəndi rayon xidmət şöbəsinin müdiri

həftəiçi hər gün


həftəiçi hər gün

09:00 - 13:00 / 14:00 - 18:00


09:00 - 13:00 / 14:00 - 18:00

Vakant


Zahir Qədirli

Mərkəzi Aran Regional Məşğulluq Filialının müdiri


Mərkəzi Aran Regional Məşğulluq Filialının müdir müavini

Çərşənbə axşamı / Cümə axşamı


Bazar ertəsi / Çərşənbə

10:00 - 12:00


10:00 - 12:00

Samir Nuriyev


Zübeyir Cəfərov

Mərkəzi Aran Regional Məşğulluq Filialının müdir müavini


İşsiz şəxslərlə iş şöbəsinin müdiri

Çərşənbə axşamı / Cümə axşamı


Bazar ertəsi / Çərşənbə / Cümə

10:00 - 12:00


14:00 - 17:00

Seymur Yusibov


Ramiz Alıyev

Mingəçevir şəhər xidmət şöbəsinin müdiri


Ağdaş rayon xidmət şöbəsinin müdiri

həftəiçi hər gün


həftəiçi hər gün

09:00 - 13:00 / 14:00 - 18:00


09:00 - 13:00 / 14:00 - 18:00

Fuad Bəbirxanov


Şəhriyar Şükürzadə

Göyçay rayon xidmət şöbəsinin müdiri


Zərdab rayon xidmət şöbəsinin müdiri

həftəiçi hər gün


həftəiçi hər gün

09:00 - 13:00 / 14:00 - 18:00


09:00 - 13:00 / 14:00 - 18:00

Raul Qurbanov


Elçin Nəsibov

Ucar rayon xidmət şöbəsinin müdiri


Qazax-Tovuz Regional Məşğulluq Filialının müdiri

həftəiçi hər gün


Bazar ertəsi / Çərşənbə / Cümə

09:00 - 13:00 / 14:00 - 18:00


10:00 - 12:00

Elvin Vəliyev


Alı Hacıyev

Qazax-Tovuz Regional Məşğulluq Filialının müdir müavini


Qazax-Tovuz Regional Məşğulluq Filialının müdir müavini

Çərşənbə axşamı / Cümə axşamı


Çərşənbə / Cümə 

10:00 - 12:00


10:00 - 12:00

Turan Vəliyev


Nəriman Zamanov

İşsiz şəxslərlə iş şöbəsinin müdiri


Ağstafa rayon xidmət şöbəsinin müdiri

Bazar ertəsi / Çərşənbə axşamı / Cümə axşamı


həftəiçi hər gün

14:00 - 17:00


09:00 - 13:00 / 14:00 - 18:00

Etibar Cabbarov


Vüsal Babayev

Şəmkir rayon xidmət şöbəsinin müdiri


Tovuz rayon xidmət şöbəsinin müdiri

həftəiçi hər gün


həftəiçi hər gün

09:00 - 13:00 / 14:00 - 18:00


09:00 - 13:00 / 14:00 - 18:00

 

 

Filialların və Peşə Hazırlığı Mərkəzlərinin rəhbər vəzifəli şəxslərinin vətəndaş qəbulu cədvəli

 

 

Ad və soyadı

 

Vəzifəsi

 

Qəbul günü

 

Qəbul saatı

 

Pərviz Bəşirov


 

Mərkəzi Mühasibatlıq və Təyinat filialının müdiri


 

Çərşənbə axşamı / Cümə axşamı


 

10:00 - 12:00


 

Pərviz Behbudov


 

Mərkəzi Mühasibatlıq və Təyinat filialının müdir müavini


 

Çərşənbə / Cümə axşamı


 

10:00 - 12:00


 

Ruslan Qasımov


 

Mərkəzi Mühasibatlıq və Təyinat filialının müdir müavini


 

Çərşənbə / Cümə axşamı


 

10:00 - 12:00


 

Elnur Əliyev


 

Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının müdiri


 

Çərşənbə axşamı / Cümə


 

11:00 - 13:00


 

Ayxan Əkbərov


 

Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının müdir müavini


 

Cümə axşamı / Cümə


 

11:00 - 13:00 / 14:00 -16:00


 

 Vakant


 

Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının müdir müavini


 

Bazar ertəsi / Çərşənbə


 

10:00 - 12:00


 

Qurban Nəzirov


 

Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının müdir müavini


 

Bazar ertəsi / Çərşənbə


 

14:00 -16:00


 

 Nahid Nəsirov


 

Mərkəzi Karyera filialının müdiri


 

Çərşənbə axşamı / Cümə axşamı


 

10:00 - 12:00


 

Lalə Rəsulova Vəlizadə 


 

Mərkəzi Karyera filialının müdir müavini


 

 


 

 


 

 Şamxal Rüstəmov


Elvira Sadıqova

Mərkəzi Karyera filialının müdir müavini


Mərkəzi Karyera filialının müdir müavini

Bazar ertəsi / Çərşənbə


Çərşənbə axşamı / Cümə

14:00 -16:00


10:00 - 12:00

 Vüqar Xəlilov


 

Bakı Peşə Hazırlığı Mərkəzinin direktoru


 

Çərşənbə axşamı / Cümə axşamı


 

10:00 - 12:00


 

vakant


 

Bakı Peşə Hazırlığı Mərkəzinin direktor müavini


 

 


 

 


 

Ariz Ağayev


 

Gəncə Peşə Hazırlığı Mərkəzinin direktoru


 

Bazar ertəsi / Cümə


 

11:00 - 13:00


 

Toğrul Yusifli


 

Gəncə Peşə Hazırlığı Mərkəzinin  direktor müavini


 

Çərşənbə axşamı / Cümə axşamı


 

11:00 - 13:00


 

Arzu Paşayev


 

Göyçay Peşə Hazırlığı Mərkəzinin direktoru


 

Çərşənbə axşamı / Cümə axşamı


 

10:00 -12:00


 

Vakant


 

Göyçay Peşə Hazırlığı Mərkəzinin direktor müavini


 

Bazar ertəsi / Çərşənbə


 

 


 

 Çinarə Əlişova


 

Qarabağ Peşə Hazırlığı Mərkəzinin direktoru v.m.i.e


 

Bazar ertəsi / Çərşənbə


 

10:00 -12:00


 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi üzrə vətəndaşların qəbulu

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1 “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi üzrə vətəndaşların qəbulu Qaydaları” (bundan sonra – Qaydalar) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli, “Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 23 iyun tarixli 950 nömrəli fərmanlarına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) 2020-ci il 17 avqust tarixli 20020029850 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə vətəndaşların qəbulu Qaydaları”na əsasən hazırlanmışdır.

1.2 Qaydalar Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikası ərazisində yaşayan əcnəbi  və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – vətəndaşların) Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) Aparatında, ixtisaslaşdırılmış mərkəzi və regional filialları, habelə tabeli qurumlarında qəbul qaydalarını müəyyən edir.

1.3. Agentliyin Aparatında, ixtisaslaşdırılmış mərkəzi və regional filialları, habelə tabeli qurumlarında vətəndaşların qəbulu “Vətəndaşların qəbulu qrafiki” (bundan sonra - Qəbul qrafiki) əsasında aparılır.

1.4. Agenliyin Aparatının, ixtisaslaşdırılmış mərkəzi və regional filiallarının, habelə tabeli qurumlarının rəhbər vəzifəli şəxslərinin qəbul qrafiki Agentliyin İdarə Heyətinin sədri (bundan sonra - Sədr) tərəfindən təsdiq edilir.

1.5. Hər ilin sonunda növbəti il üçün təsdiq olunmuş Qəbul qrafiki müvafiq olaraq, Agentliyin rəsmi internet saytında yerləşdirilir. Qəbul qrafikinin bir nüsxəsi dekabr ayının 10-dək Nazirliyə təqdim edilir. Qəbul qrafikində il ərzində dəyişiklik olduqda, yenidən təsdiq olunmuş Qəbul qrafikinin bir nüsxəsi Nazirliyə təqdim edilir və Agentliyin rəsmi internet saytındakı qrafikin yenilənməsi təmin edilir.

1.5. Vətəndaşların qəbulu təsdiq olunmuş qrafik əsasında həftənin iş günləri (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Agentliyin Aparatında, ixtisaslaşdırılmış mərkəzi və regional filiallarında, habelə tabeli qurumlarının inzibati binalarında bu məqsədlə təşkil olunmuş qəbul otağında aparılır.

1.6.  Agentliyin Aparatında, eləcə də ixtisaslaşdırılmış mərkəzi və regional filialları, habelə tabeli qurumlarında vətəndaşların qəbulunun təşkili Agentliyin Aparatının Sənədlər, müraciətlər və filiallarla iş departamenti (bundan sonra – SMFİD) tərəfindən, qəbulla bağlı kargüzarlığın aparılmasına təşkilati-metodiki rəhbərlik, həmçinin bu Qaydaların tələblərinə əməl olunmasına ümumi nəzarət mərkəzləşdirilmiş qaydada Nazirliyin Aparatının Vətəndaşların qəbulu şöbəsi (bundan sonra - Vətəndaşların qəbulu şöbəsi) tərəfindən həyata keçirilir.

 

 

2. Vətəndaşların qəbulunun təşkili və həyata keçirilməsi

 

2.1. Agentliyin Aparatı, ixtisaslaşdırılmış mərkəzi və regional filialları, habelə tabeli qurumları hər il dekabr ayının 12-dək növbəti il üçün təsdiq olunmuş vətəndaşların Qəbul qrafiki barədə məlumatları Vətəndaşların qəbulu şöbəsinə təqdim edir.

2.2. Agentliyin növbəti il üçün vətəndaşların Qəbul qrafiki vəzifəli şəxslər haqqında aşağıdakı məlumatlar əks olunmaqla tərtib olunur və Sədr tərəfindən hər il dekabr ayının 10-dək təsdiq edilir:

- Vəzifənin adı;

- Soyadı, adı, atasının adı;

- Qəbul günləri və saatı.

2.3. Vətəndaşların qəbulu şöbəsi Nazirliyin 2020-ci il 17 avqust tarixli 20020029850 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə vətəndaşların qəbulu Qaydaları”nın 2.1-ci bəndinə əsasən Sədrin,  SMFİD isə Sədr müavinlərinin, Agentliyin departament müdirlərinin, eləcə də Agentliyin ixtisaslaşdırılmış mərkəzi və regional filiallarının, habelə  tabeli qurumlarının rəhbərlərinin qəbul qrafikini növbəti il üçün dekabr ayının 10-dək aşağıdakı qaydada tərtib edir.

2.3.1. Agentliyin Aparatı üzrə:

- Sədrin qəbulu – həftədə bir gün;

- Sədr müavinlərinin qəbulu – həftədə bir gün;

- Agentliyin departament müdirlərinin qəbulu - həftədə bir gün.

2.3.2. İxtisaslaşdırılmış mərkəzi və regional filiallar, habelə tabeli qurumlar üzrə:

- rəhbərlərin qəbulu – həftədə iki gün;

- rəhbər müavinlərinin qəbulu – həftədə üç gün.

2.4. SMFİD, Agentliyin Aparatı, ixtisaslaşdırılmış mərkəzi və regional filiallarının, habelə tabeli qurumlarının rəhbər şəxslərinin qəbul qrafikini tərtib edərkən vəzifəli şəxslər tərəfindən keçiriləcək qəbulların həftənin I-V günlərində, günün birinci və ikinci yarısı arasında maksimum bərabər paylanılmasını nəzərə almalıdır.

2.5. İxtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumların rəhbərlərinin müvafiq əmri ilə qəbul üzrə məsul şəxs təyin edilir.

2.6. Vətəndaşların qəbulu qrafikində göstərilən vəzifəli şəxslər müəyyən olunmuş vaxtda qəbulu həyata keçirə bilmədikdə, qəbul digər aidiyyəti məsul vəzifəli şəxs tərəfindən (hərəkət və ya hərəkətsizliyindən şikayət verilmiş şəxs istisna olmaqla) aparılır, bu mümkün olmadıqda isə qəbul başqa vaxta keçirilir. Qəbulla bağlı hər hansı dəyişiklik baş verdikdə vətəndaşa əvvəlcədən əlaqə yaratmaq üçün təqdim etdikləri telefon və elektron poçt ünvanları vasitəsilə məlumat verilir və qəbulun kim tərəfindən keçirilicəyi ona bildirilir.

2.7. Agentlik üzrə tərtib olunmuş qəbul qrafikinə uyğun olaraq vətəndaşlar Sədr, Sədr müavinləri, Agentliyin ixtisaslaşdırılmış mərkəzi və regional filiallarının, habelə tabeli qurumlarının rəhbərlərinin qəbuluna yazılırlar.

2.8. Vətəndaşlar ilk dəfə Agentliyin Aparatının rəhbər şəxsinin qəbuluna yazılmaq üçün müraciət etdiyi təqdirdə vətəndaşın razılığı alınaraq ilkin olaraq aidiyyəti üzrə ixtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumun rəhbərinin qəbuluna yönləndirilir, yenidən müraciət edərsə, Sədr müavininin qəbuluna, sonra isə Sədrin qəbuluna yazılır.

2.9. Vətəndaşlar Sədr, Sədr müavinləri, Agentliyin departament müdirlərinin qəbuluna yazılması mərkəzləşdirilmiş qaydada SMFİD tərəfindən, ixtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumların rəhbərlərinin qəbuluna yazılması isə qəbul üzrə məsul şəxs tərəfindən həyata keçirilir.

2.10. Vətəndaşlar Sədr, Sədr müavinləri, Agentliyin departament müdirlərinin, ixtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumların rəhbərlərinin qəbuluna aşağıdakı üsullarla yazıla bilərlər:

 

  • Agentliyin Aparatının “Qaynar xətt”inə müraciət etməklə;
  • Yazılı müraciət göndərməklə;
  • Agentliyin elektron poçt ünvanı vasitəsi ilə (dma@sosial.gov.az);
  • Nazirliyin Qəbul otağına müraciət etməklə.


2.11. “Qaynar xətt” vasitəsilə qəbula yazılma:

2.11.1. “Qaynar xətt” vasitəsilə qəbula yazılmaq istəyən vətəndaşların kimliyi müəyyən edildikdən sonra onların müraciətləri əməkdaş tərəfindən xüsusi müraciət formasında qeyd olunur.

2.12. Yazılı müraciət göndərməklə qəbula yazılma:

2.12.1. Vətəndaşlar fərdi və ya kollektiv yazılı müraciət etməklə qəbula yazıla bilərlər. Bu zaman yazılı müraciət vətəndaş (və ya vətəndaşlar) tərəfindən imzalanmalı, vətəndaşın (və ya vətəndaşların) adı, soyadı, atasının adı, ünvanı, əlaqə telefonları yaxud işlədiyi yer dəqiq göstərilməli, müraciətin məzmunu aydın və başa düşülən formada olmalıdır. Anonim müraciətlərə baxılmır.

2.13. Agentliyin elektron poçt ünvanı vasitəsi ilə qəbula yazılma:

2.13.1. Vətəndaşlar Agentliyin elektron poçt ünvanına müraciət etməklə qəbula yazıla bilərlər. Bu zaman onlayn müraciətdə vətəndaş adı, soyadı, atasının adı, ünvanı, əlaqə telefonları, yaxud işlədiyi yeri dəqiq göstərməli, müraciətinin məzmunu aydın və başa düşülən formada olmalıdır.

2.14. Nazirliyin Qəbul otağına müraciət etməklə qəbula yazılma:

2.14.1. Vətəndaşlar Nazirliyin Qəbul otağına müraciət etməklə qəbula yazıla bilərlər. Bu zaman onların müraciətləri qəbulu aparan əməkdaş tərəfindən xüsusi müraciət formasında qeydə alınır və Agentliyin Aparatına təqdim edilir.

2.15. Vətəndaşlardan daxil olan müraciətlər müraciət formasından asılı olmayaraq dərhal Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sənəd dövriyyəsi” altsisteminə və ya “Vətəndaşların qəbulu” altsisteminə yerləşdirilməlidir. Agentliyin Aparatına qəbulla bağlı onlayn qaydada və yazılı müraciət daxil olarkən Sənədlərlə iş şöbəsinin əməkdaşları tərəfindən “sənəd dövriyyəsi” altsisteminə daxil edilir, ixtisaslaşdırılmış mərkəzi və regional filiallarında, habelə tabeli qurumlarda işə qəbul üzrə məsul şəxslər tərəfindən “Vətəndaşların qəbulu” altsisteminə yerləşdirilir.

2.16. “Vətəndaşların qəbulu” altsisteminə daxil edilmiş qəbulla bağlı müraciətlərin emalı zamanı aşağıdakı parametrlər nəzərə alınır:

 

  • Müraciətin növü (təklif, ərizə, şikayət və s.);
  • Müraciətin məzmunu;
  • Əvvəllər bu barədə müraciətin olub-olmaması;
  • Əvvəllər şəxsin qəbulda olub-olmaması;
  • Müraciətin Agentliyin səlahiyyətlərinə aid olub-olmaması.


2.17. Agentliyin Aparatında vətəndaşlardan daxil olan müraciətlər “Sənəd dövriyyəsi” altsistemində emal edildikdən sonra qəbula növbəlilik qrafiki hazırlanır. Vətəndaşların təqdim etdikləri əlaqə vasitələrilə əlaqə saxlanılaraq qəbulun tarixi, yeri, növbə sırası barədə məlumat verilir. Eyni zamanda qəbulla bağlı müraciətlərin növbəlilik qrafiki Sədr, Sədr müavinləri, Agentliyin ixtisaslaşdırılmış mərkəzi və regional filiallarının, habelə tabeli qurumlarının rəhbərlərinə təqdim edilir.

2.18. Qəbulla bağlı müraciətlər Agentliyin səlahiyyətlərinə aid olmadıqda, müraciət 3 (üç) iş günündən gec olmayaraq  aidiyyəti üzrə göndərilir və müraciət edən şəxsə bu barədə məlumat verilir.

2.19. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hallarda müraciətlər baxılmamış saxlanılır.

2.20. Sədr, onun qəbuluna yazılmış vətəndaşları qəbul edir, zərurət olduqda Sədr müavinlərini, aidiyyəti ixtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumların rəhbərlərini və ya digər vəzifəli şəxslərini dəvət edir, müraciətlərin araşdırılması və onun nəticəsindən asılı olaraq lazımi tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verir.

2.21. Sədr müavini onun qəbuluna yazılmış vətəndaşları qəbul edir, müraciətlərin mahiyyətini öyrənir, zərurət olduqda, aidiyyəti ixtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumların rəhbərlərini və ya digər vəzifəli şəxslərini dəvət edir, müraciətlərin araşdırılması və onun nəticəsindən asılı olaraq lazımi tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verir.

2.22. Agentliyin ixtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumların rəhbərləri vətəndaşları qəbul edir, Sədr, Sədr müavini tərəfindən verilmiş tapşırıqlarla əlaqədar müraciətlərə, eləcə də onların bilavasitə qəbulunda olmuş vətəndaşların müraciətlərinə aşağıdakı qaydada baxırlar:

2.22.1. Müraciətlərin mahiyyətini diqqətlə öyrənir, zəruri olduqda lazımi sənədləri tələb edir, məsələnin həlli üçün digər tədbirləri görürlər;

2.22.2. Müraciətdə irəli sürülən məsələlərin həlli Agentliyin və ya həmin vəzifəli şəxslərin səlahiyyətlərinə aid olmadıqda aidiyyəti üzrə müraciət edilməli olan subyekt barədə vətəndaşa izah verirlər;

2.22.3. Müraciətə müəyyən edilmiş qaydada baxır, görülmüş tədbirlər haqqında müraciət etmiş vətəndaşa əsaslandırılmış cavab verirlər (cavab şifahi və ya vətəndaşın tələbi əsasında yazılı ola bilər);

2.22.4. Qəbul zamanı vətəndaş tərəfindən qaldırılan məsələlər əlavə dəqiqləşmə və ya araşdırma tələb etdikdə, bu barədə vətəndaş məlumatlandırılır və müraciəti yazılı formada qəbul edilir.

2.23. “Vətəndaşların qəbulu” altsistemində şifahi müraciətlərin qeydiyyata alınması, qəbulla bağlı aidiyyəti rəhbər vəzifəli şəxslərə məruzə edilməsi, qəbul vaxtının dəqiqləşdirilməsi, verilmiş cavabların rəsmiləşdirilməsi və s. bu kimi əməliyyatlar elektron qaydada həyata keçirilir.

 

 

2. Videoqəbulun təşkil edilməsi qaydaları

 

 

3.1. Agentliyin rəhbər vəzifəli şəxslərinin videoqəbuluna yazılmaqla bağlı vətəndaşlar hər ay Agentlik tərəfindən rəsmi internet səhifəsində elan edilən və qəbul cədvəlində göstərilən əlaqə vasitəsilə müraciət edir, şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən digər sənəd əsasında videoqəbula ən geci 1 (bir) iş günü qalmış yazılır, qəbulun yeri və tarixi barədə məlumatlandırılır.

3.2. Qəbulu aparan Rəhbər şəxsin danışığına kənar müdaxilələr olmamalıdır;

3.3. Mərkəzi, regional və tabeli qurumlarda vətəndaş videoqəbulun keçirildiyi otağa müvafiq siyahıya uyğun olaraq qəbul üzrə məsul şəxs tərəfindən şəxsiyyəti təsdiq edən sənəd əsasında buraxılır;

3.4. Videoqəbul zamanı qəbul otağına vətəndaşın video və audio yazı qurğusu, həmçinin mobil telefon aparması qadağandır;

3.5. Vətəndaşın etdiyi müraciətdəki məsələnin həlli əlavə araşdırma tələb etmədikdə, vətəndaşın razılığı ilə müraciət videoqəbul zamanı şifahi qaydada cavablandırılır;

3.6. Müraciətin birbaşa cavablandırılması mümkün olmadıqda, onun araşdırmaya qəbul edilərək sonradan cavablandırılması məqsədi ilə müraciət vərəqəsi tərtib edilir;

3.7. Videoqəbul zamanı vətəndaşın müraciəti ilə bağlı lazımi sənədlərin təqdim edilməsi zərurəti yarandıqda, vətəndaşa həmin sənədləri müvafiq əlaqə vasitələrindən istifadə etməklə elektron formada təqdim etmək tövsiyə olunur;

3.8. Vətəndaş müraciətinə verilən cavabdan qane olmadığı hallarda Qaydaya uyğun olaraq növbəti qəbul üçün qeydiyyata alına bilər;

3.9. Videoqəbulların videoyazısının elektron informasiya daşıyıcılarında yazılması və arxivləşdirilməsi Agentliyin Rəqəmsal məşğulluğun təşkili departamenti tərəfindən təmin edilir.

3.10. Videoqəbulların keçirildiyi yerlərdə müvafiq sanitar-gigiyenik normalara və xüsusi rejim tətbiq edildiyi halda onun qaydalarına əməl olunmalıdır.

 

     4. Vətəndaşların qəbulunun təşkilinə nəzarət

 

4.1. Müraciətlərin təhlili və onlara baxılmasına nəzarət işləri planlı şəkildə qurulmalı və mütəmadi olaraq Nazirliyin kollegiya və müşavirələrində, Agentliyin İdarə Heyətinin iclaslarında, eləcə də ixtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumların iclaslarında Rəhbər şəxslərin iştirakı ilə müzakirə edilməlidir.

4.2. Agentliyin Aparatında, eləcə də ixtisaslaşdırılmış mərkəzi və regional filiallarında, habelə tabeli qurumlarında vətəndaşların qəbulu vəziyyətinə baxılması, planlı və konkret hallar üzrə monitorinqlərin keçirilməsi SMFİD tərəfindən həyata keçirilir.

4.3. Monitorinq keçirməzdən əvvəl Sədr, Sədr müavininə xidməti məktubla müraciət edilməli və nəzarət tədbirinin keçirilməsi ilə bağlı razılıq alınmalıdır.

4.4. Monitorinqin nəticəsi barədə xidməti məruzə Agentliyin Sədrinə təqdim edilməlidir.