İdeya qutusu

Vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək məqsədilə Dövlət Məşğulluq Agentliyi “İdeya qutusu”nu açıq elan edir. Məşğulluq xidmətlərinin daha keyfiyyətli olması və Agentliyin işində vətəndaş iştirakçılığının artırılması məqsədilə ideyalar üç istiqamətdə qəbul edilir:


1.    Agentliyin işinin optimallaşdırılması məqsədilə yeni xidmətlərin təklifi və ya mövcud xidmətlərin təkmilləşdirilməsi üçün təkliflər;
2.    Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə layihə təklifləri;
3.    Özünüməşğulluq zərflərinin təkmilləşdirilməsi üçün təkliflər.

İdeya və ya layihə təklifi qəbul edilən vətəndaşlar bu barədə məlumatlandırılacaq və həmin şəxslərə təşəkkürnamə təqdim ediləcək.

Təkliflərinizi qeyd etmək üçün ilk olaraq töhfə vermək istədiyiniz istiqaməti seçməyinizi xahiş edirik. 

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin “İdeya qutusu” layihəsinin ilk qalibləri ilə görüşü keçirilib. Agentliyin işinə töhfə verdiklərinə görə iştirakçılara təşəkkürnamələr təqdim edilib. Ətraflı məlumatla buradan tanış ola bilərsiniz..