"Baramaçılığın inkişafına dəstək" layihəsi

"Baramaçılığın inkişafına dəstək" layihəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi özünüməşğulluq proqramına dəstək məqsədilə birgə “Baramaçılığın inkişafına dəstək” layihəsini həyata keçirib.  

 

Layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilib.

 

Seçilmiş 20 nəfər benefisiara Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təlimlər keçirilmiş və sonra onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən baramanın saxlanılması üçün kümxana, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə ipəkqurdu toxumu təqdim edilib.

 

Pilot olaraq icra olunmuş layihə baramaçılıq üçün əlverişli olan 4 rayonu (Bərdə, Kürdəmir, Yevlax və Şəmkir) əhatə edib.