"Moto kuryer" layihəsi

"Moto kuryer" layihəsi

"Moto Kuryer" layihəsi Kommersiya Banklarının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və 189 Delivery şirkəti tərəfindən birgə həyata keçirilib. Layihə çərçivəsində 15 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsin məşğulluğu təmin edilib.

 

İlk növbədə layihədən yararlanmaq istəyən şəxslərin onlayn qeydiyyatı aparılıb, seçim mərhələsindən sonra uyğun namizədlər çatdırılma xidməti zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımı avadanlıqlarla təmin edilib və 189 Delivery şirkəti tərəfindən işlə təmin edilib.

 

Həmçinin layihə çərçivəsində uyğun namizədlərə 189 Delivery şirkəti tərəfindən təlimlər keçirilib, lazımı geyim və çanta təqdim edilib.

 

Layihənin icrası zamanı şəhid ailəsi üzvlərinə, Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə üstünlük verilib.