Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunmasına köməklik göstərilməsi məqsədi ilə əmək bazarının tələblərinə cavab verən müasir peşə və ixtisaslar üzrə qısamüddətli peşə hazırlığı kursları təşkil olunur. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün Qanunun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 iyun 2019-cu il tarixli 261 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na uyğun olaraq həyata keçirilir. Kursu müvəffəqiyyətlə bitirən müdavimlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq vahid formalı sertifikat təqdim edilir.