“Tənha anaların sosial inkişafına dəstək” layihəsi

“Tənha anaların sosial inkişafına dəstək” layihəsi

“Tənha anaların sosial inkişafına dəstək” layihəsi Kommersiya Banklarının dəstəyi ilə Dövlət Məşğulluq Agentliyi, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi, Azəriqaz İstehsalat Birliyi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən birgə həyata keçirilib.

 

Layihənin məqsədi yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı qadınların məşğulluq imkanlarını genişləndirməkdir. 

 

2022-ci ilin may ayında “Bank Respublika” ASC-nin dəstəyi ilə “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda sosial müəssisə istifadəyə verilib.

 

Layihə çərçivəsində seçilən və biznes planı uğurlu tərtib edən 9 qadının özünüməşğulluq proqramı çərçivəsində “kiçik dərzi sexi” zərfi üzrə aktivlərlə təmin edilməsi həyata keçirilib.