Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyi (Agentlik) ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini icra etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində yaradılan publik hüquqi şəxsdir. Müstəqil Azərbaycan tarixində əhalinin məşğulluğunu təmin etmək məqsədilə yaradılan ilk qurum 12 iyun 1991-ci il tarixli 211 nömrəli Qərarına müvafiq olaraq 1 avqust 1991-ci ildə fəaliyyətə başlayan Baş Məşğulluq idarəsi olmuşdur.
Azərbaycan Respublikasının vətəndaşlarına xidmətin zəruriliyi nəzərə alınaraq, 16 fevral 2011-ci ildə ƏƏSMN yanında Baş Məşğulluq İdarəsinin bazasında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti yaradıldı. Növbəti 10 iI ərzində Xidmətin fəaliyyəti daha da şaxələnərək və miqyası genişlənərək 30 dekabr 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi yaradıldı.
30 iyun 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi" təsdiq edildi.
Hazırda Agentlik əhalinin məşğulluğunun təşviq və təmin edilməsi istiqamətində müxtəlif xidmətlərin icra edilməsini həyata keçirir. Aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili (bundan sonra – müvafiq sahə) Agentlik tərəfindən göstərilən xidmətlərdəndir.
Agentlik fəaliyyətinin təşkilində Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Agentliyin Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını və Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur, dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslərlə əməkdaşlıq edir və birgə layihələr reallaşdırır.
Agentliyin fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir:
Agentliyin konsolidə edilmiş maliyyə hesabatı - 2021-ci il üzrə
Agentliyin konsolidə edilmiş maliyyə hesabatı - 2022-ci il üzrə
Agentliyin konsolidə edilmiş maliyyə hesabatı - 2023-cü il üzrə
Ünvan: Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85
Telefon: (+994 12) 596 43 05