Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
“PROGRO” layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi (Agentlik) tərəfindən 2019-2023-cü illərdə birgə icra olunub.
Gənclərin məşğulluğunun artırılmasına xidmət edən onlayn resurs kimi PROGRO veb portalı həm peşəkar hazırlıq və özünüinkişaf mövzularına dair təlim resurslarının sərgiləndiyi öyrənmə portalı, həm də PROGRO Mərkəzləri ilə əmək bazarı iştirakçıları (işaxtaranlar, işəgötürənlər, təhsil müəssisələri və digər qurumlar) arasında ünsiyyət platforması rolunu oynayıb.
PROGRO Veb Portalının funksiyalarına aşağıdakı xidmətlər daxil idi:
2020-ci ilin yanvar ayından etibarən Gəncə, Zaqatala və Sumqayıtda PROGRO mərkəzləri fəaliyyətə başlayıb. 2020-2023-cü illərdə icra olunan layihə çərçivəsində 2379 nəfər fiziki və ya onlayn qaydada təşkil olunan müxtəlif təlim kurslarından faydalanıb.