"Avtoklaster" layihəsi

"Avtoklaster" layihəsi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi ilə “Avtoklaster” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.  Layihənin əsas məqsədi özünüməşğulluq proqramının səmərəliliyini yüksəltmək, proqramdan yararlanan şəxslərin biznes fəaliyyətlərinin rəqabətə davamlılığını təmin etmək və gəlirliliyini artırmaqdır. Bu layihə çərçivəsində eyni və ya oxşar iqtisadi fəaliyyət sahələri üzrə özünüməşğulluq proqramına müraciət edən və əmlaklarla təmin edilən şəxslər müəyyən coğrafi bölgələrdə cəmlənəcək və birgə fəaliyyət göstərərək vahid bazar və xidmətləri bölüşəcəklər.

 

Layihə üzrə ilkin olaraq əmək bazarının tələbləri və iqtisadiyyatın prioritet sahələri nəzərə alınaraq aşağıdakı sahələrdə fəaliyyət göstərən şəxslərin klasterlərdə birləşdirilməsi təklif olunur:

 

  1. Avtotəmizləmə xidmətləri
  2. Özünüxidmət avtotəmizləmə xidmətləri
  3. Avtodisk təmiri-Avtomobil şinlərinin bərpası
  4. Avtodəmirçi xidmətləri
  5. Avtorəngsaz
  6. Avtoçilingər xidməti-Katalizatorların təmizlənməsi xidməti
  7. Avtoelektrik - Kondisioner təmiri
  8. Avtoyağlama xidməti
  9. Avtorazval xidməti

 

Layihənin uğurlu həyata keçirilməsi və rəqabətə davamlılığının təmin edilməsi məqsədilə ilkin mərhələdə pilot olaraq Oğuz şəhərində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Klasterlərin yaradılması və fəaliyyətinin təşkil olunması üçün Yerli İcra Hakimiyyəti orqanları ilə birgə fəaliyyət planlaşdırılır.