Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduSosial iş yeri – işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənin vakansiya bankına təqdim olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqının bir hissəsinin bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilən iş yeridir.
Sosial iş yerlərində 2 (iki) ildən az olmayan müddətə işəgötürənlə bağlanan müqavilə əsasında Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi Agentlik tərəfindən 3 (üç) aydan az və 12 (on iki) aydan çox olmayan müddətdə maliyyələşdirilir. Məqsəd işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirməkdir.
Hörmətli işəgötürən, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi proqramı üzrə müraciət qəbulu Əmək və Məşğulluq Alt sistemi vasitəsilə həyata keçirilir.