"FotoMən III" layihəsi

"FotoMən III" layihəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “ASAN Könüllüləri” Təşkilatı “FotoMən III” layihəsi çərçivəsində əməkdaşlığa başlayıb. Layihə çərçivəsində 6 işsiz gəncə özünüməşğulluq proqramı çərçivəsində “Kiçik fotoatelye” zərfi üzrə avadanlıqlar təqdim edilib.

 

İlkin mərhələdə qeydiyyatdan uğurla keçmiş gənclər müsahibə mərhələsinə dəvət olunublar. Müsahibə mərhələsini də uğurla keçən gənclər təlimlərə cəlb olunub. Layihə iştirakçılarına müasir fotoqrafiyanın əsasları, müasir fotoqrafiyanın növləri kimi mövzular tədris olunub.

 

“FotoMən III” layihəsinin əsas məqsədi fotoqrafiya sənətinin incəliklərinin gənclərə öyrədilməsi, şəxsi biznesin təşkili, karyera mühitinə psixoloji hazırlıq, gənclərin karyeralarına ilk addım atması üçün praktiki bacarıqlara yiyələnmələrinə dəstək olmaqdır.

 

Qeyd edək ki, “FotoMən” layihəsi “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşəbbüsü ilə həyata keçirilib.