Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduÖzünüməşğulluq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.15 maddəsində qeyd olunduğu kimi, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir.
Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində Özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı şəxslərə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Şəxs təqdim etdiyi biznes plana uyğun olaraq kənd təsərrüfatı, istehsal və ya xidmət üzrə əmlaklar ilə təmin edilir. Bu, özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir. Özünüməşğulluq proqramı həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Beləki, proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində parallel nəticələrin əldə edilməsinə imkan yaradır.
Özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir:
Proqrama qoşulmaq üçün Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya DOST Mərkəzlərinə müraciət etməklə işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər müraciət edə bilərlər.
İşsiz, habelə, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər.
Özünüməşğulluğa müraciət etmiş şəxs məşğul şəxs hesab edildikdə və ya Məşğulluq haqqında qanunun 24.1.1-1-ci maddəsinə əsasən uyğun hesab edilmədikdə əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında qərar qəbul edilir.
Məşğul şəxslər (mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər istisna olmaqla), Məşğulluq haqqında qanunun 24.1.1-1-ci maddəsinə əsasən təcrübəsi, peşəsini (ixtisasını), məşğulluq tarixçəsi, maddi rifahı, habelə şəraiti özünüməşğulluğa cəlb edilməyə uyğun olmayan şəxslər.
Muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;
Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;
Sahibkarlar, ailə kəndli təsərrüfatının üzvləri;
Haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;
Ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;
Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.
İşsizlikdən sığorta ödənişi alan şəxslər sığorta ödənişi aldığı müddətdə özünüməşğulluğa cəlb edilə bilməzlər.
Peşə təhsili alan şəxslər peşə təhsili aldığı müddətdə özünüməşğulluğa cəlb edilə bilməz.
Özünüməşğulluq təlimləri fiziki və ya onlayn şəkildə həyata keçirilir.
Qiymətləndirmə zamanı özünüməşğulluğun təşkili üçün uyğun hesab edilməyən şəxslər biznes təlimlərində yenidən iştirak etmək hüququna sahibdir.
Özünüməşğulluğa cəlb olunmuş şəxslərə natura şəklində material,avadanlıq və digər əmlaklar 1 il müddətinə müqavilə əsasında verilir.
Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak həmin şəxsin mülkiyyətinə verilir.
Özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini Dövlət Statistika Komitəsi tərəfindən əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinə qaytarır.
Dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Mərkəzinin Struktur bölməsinə və ya DOST Mərkəzlərinə məlumat verilməlidir. Kənd təsərrüfatı istiqaməti üzrə müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi zəruridir.
Analoji olaraq, kənd təsərrüfatı istiqaməti üzrə sual əlavə edilə və cavab olaraq, yalnız zərfə uyğun tövləsi olan şəxslərin proqrama müraciətinin qeydə alınması qeyd edilə bilər.
Dma.gov.az saytında "Özünüməşğulluq proqramı üzrə reyestr" bölməsinə keçid etməklə, RMF və DOST Mərkəzlərinə yaxınlaşmaqla.
Tələbləri qarşılayan şəxslər “Həvəsləndirmə mükafatları”, “İş yerində təcrübə”, “Birgə maliyyələşmə” layihələrində iştirak edə bilərlər.