Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin məqsədi həssas qruplardan olan işsiz və işaxtaran şəxslərin potensialının artırılması və onların əmək bazarında məhsuldar məşğulluğa cəlb edilməsi üçün imkanların yaradılmasıdır.
Layihəyə 2019-cu ilin yanvar ayında başlanılıb və 2024-cü ilin yanvar ayına qədər davam etdirilməsi nəzərdə tutulur.
Layihənin 1-ci ili üçün pilot olaraq 12 rayon və şəhər (Bakı şəhərinin Sabunçu və Binəqədi rayonları, Abşeron rayonu, Şamaxı, Zaqatala, Şəmkir, Bərdə, Füzuli rayonu, Sumqayıt, Mingəçevir, Göyçay və Gəncə şəhəri) seçilib.
Layihə çərçivəsində benefisiar olaraq seçilmiş şəxslərə müvafiq təlimlər keçirilib və iştirakçılar tərəfindən hazırlanan biznes planlar qiymətləndirmə üçün təqdim edilib.
Hazırda biznes planı təsdiq edilmiş şəxslərin aktivlərlə təmin olunması istiqamətində müvafiq işlər görülür.