“Qarabağ KOB-ları” proqramı

“Qarabağ KOB-ları” proqramı

Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərilməsi məqsədilə “Qarabağ KOB-ları” layihəsi həyata keçirilib.

 

Layihə çərçivəsində, bu kateqoriyaya aid olan və müvafiq tələblərə uyğun gələn şəxslər KOBİA tərəfindən maliyyə, mühasibatlıq, kadr işi, idarəetmə, satış və marketinq kimi mövzularda biznes biliklərinin və bacarıqlarının artırılması üçün zəruri təlimlərə cəlb edilib. Təlimləri uğurla başa vuran iştirakçılar Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq istiqamət üzrə zəruri avadanlıqlarla təmin olunub. Layihə Bakı şəhəri, Şamaxı, İsmayıllı və Şəki rayonlarından olan 47 şəhid ailəsi üzvünü, qaziləri, müharibə iştirakçılarını və onların ailə üzvlərini əhatə edib.