“Enterprise Azerbaijan” proqramı

“Enterprise Azerbaijan” proqramı

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Proqramın məqsədi gənc startapçıların daha çox uğur qazanması üçün əməkdaşlığın həyata keçirilməsi və dəstəyin təmin edilməsi olub.

 

Startaplarla bağlı təlimlərdən keçən gənclər mentorların dəstəyi ilə öz startap layihələrini yazıblar və layihələr ekspertlər tərəfindən qiymətləndirilib.

 

Layihə çərçivəsində 3 layihə - “Bonpini”, “HealWith” və “Interno” uğurlu hesab olunaraq qalib elan edilib. Qalib layihələrin müəllifləri özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin ediliblər.