Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
“Özünüməşğulluğa dəstək-2021” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası tərəfindən birgə həyata keçirilib. Layihənin məqsədi işsiz kimi qeydiyyata alınan aztəminatlı, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, qazilər, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq proqramı çərçivəsində bankların dəstəyi ilə kiçik bizneslərin yaradılması olub.
Layihə nəticəsində ümumilikdə 475 vətəndaş müxtəlif avadanlıqlarla təmin olunub.