“Məktəbim” Proqramı

“Məktəbim” Proqramı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və UAFA təşkilatının əməkdaşlığı çərçivəsində Azərbaycanda məktəbəqədər təhsil xidmətlərinin davamlılığını təmin edən “Məktəbim” layihəsi həyata keçirilib.

 

Proqram qadınlar tərəfindən idarə olunan, uşağa yönəlmiş, inklüziv məktəbəqədər təhsil modelini təqdim edərək, qadınları səlahiyyətləndirməklə gəlir gətirən icma əsaslı məktəbəqədər təhsil qruplarını açmaq üçün sosial biznes modelidir.

 

Seçim mərhələsini uğurla keçən qadınlar üçün UAFA tərəfindən məktəbəqədər təhsil metodologiyası üzrə təlimlər keçirilib. Növbəti mərhələdə isə onlar Dövlət Məşğulluq Agentliyi tərəfindən biznes təlimlərinə cəlb olunublar.

 

Layihənin yekununda 50 iştirakçıya məktəbəqədər təhsil mərkəzinin yaradılması üçün özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilib.