Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu“Məşğulluğa Dəstək Layihəsi" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və Dünya Bankının vəsaitləri hesabına işsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq proqramına cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxış imkanlarının yaradılmasıdır.
Layihənin icra müddəti: 2020-2025-ci il.
Layihənin benefisiarlarının seçimi üçün Qiymətləndirmə Komissiyası yaradılıb.
Layihəyə müraciət etmək istəyən şəxslər müvafiq DOST Mərkəzlərinə və qeydiyyatda olduqları rayon üzrə Regional Məşğulluq filiallarına müraciət edə bilərlər.
Komponent 1: Özünüməşğulluq Proqramının (ÖMP) əhatəsini və effektivliyini artırmaq
Alt komponent 1.1: Proqramın miqyasını və dəstək dairəsini genişləndirmək;
Alt komponent 1.2: ÖMP benefisiarları üçün əlavə təlimlər və biznesə dəstək xidmətləri təqdim etmək;
Alt komponent 1.3: ÖMP-in idarəetmə və koordinasiya mexanizminin təkmilləşdirmək;
Komponent 2: Məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi
Alt komponent 2.1: Əmək bazarının qiymətləndirilməsi və PTM strategiyasının hazırlanması;
Alt komponent 2.2: İş axtaranlar üçün məlumatlandırma, profilləşdirmə, bacarıqların qiymətləndirilməsi və işlərin idarə edilməsi;
Komponent 3: Layihə idarəetməsi, monitorinq və qiymətləndirmə
Alt komponent 3.1: Layihənin idarə olunması;
Alt komponent 3.2: Monitorinq və Qiymətləndirmə;
Məşğulluğa Dəstək Layihəsi çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə bizneslərin qurulması ilə yanaşı, iştirakçıların müraciətləri əsasında mal-qara aktivləri istisna olmaqla digər istehsal və xidmət sahələri üzrə də aktivlər təklif edilə bilər:
Layihə üzrə 2020-ci il ərzində cəlb olunacaq rayon və şəhərlərin siyahısı
Bakı şəhəri üzrə:
Binəqədi rayonu
Xəzər rayonu
Yasamal rayonu
Nəsimi rayonu
Suraxanı rayonu
Xətai rayonu
Digər rayon və şəhərlər üzrə:
Sumqayıt şəhəri
Gəncə şəhərinin Nizami rayonu
Şəmkir rayonu
Tovuz rayonu
Qəbələ rayonu
Şəki rayonu
Masallı rayonu
Lənkəran rayonu
Xaçmaz rayonu
Quba rayonu
Şirvan şəhəri
Mingəçevir şəhəri
Yevlax rayonu
Bərdə rayonu
Göyçay rayonu
İmişli rayonu
Salyan rayonu
Ağdam rayonu
Füzuli rayonu
İsmayıllı rayonu
Şamaxı rayonu
Layihənin ekoloji və sosial aspektləri Dünya Bankının Ətraf Mühit və Sosial Çərçivəsi (ƏMSÇ) və milli qanunvericiliyin müddəalarına uyğun olaraq nəzərdən keçirilir. Ətraf Mühit və Sosial Çərçivəyə ( ƏMSÇ) və Azərbaycanın ekoloji qanunvericiliyinin tələblərinə uyğun olaraq ƏƏSMN tərəfindən aşağıdakı sənədlər hazırlanmışdır:
- Ətraf Mühit və Sosial İdarəetmə Çərçivəsi (ƏMSİÇ);
- Environmental and Social Management Framework
- Maraqlı Tərəflərlə Qarşılıqlı Fəaliyyət Planı (MTQFP);
- Əmək Resurslarının İdarə Edilməsi Qaydaları (ƏRİEQ);
- Environmental and Social Commitment Plan (ESCP)
- “Məşğulluğa Dəstək Layihəsi” üzrə keçirilmiş ictimai maarifləndirmə tədbirləri
- “Məşğulluğa Dəstək Layihəsi” üzrə ictimai müzakirələrin qeydiyyat blankları