Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı – 2023” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dövlət Turizm Agentliyi tərəfindən birgə həyata keçirilmişdir.
Layihənin əsas məqsədi turizm potensiallı regionlarda kənd qonaq evlərinin yaradılması ilə bu sahənin inkişafına töhfə verməkdir.
Layihə çərçivəsində benefisiarlar Dövlət Turizm Agentliyi tərəfindən turizm və xidmət sahələri, kənd turizmi, qonaq evlərinin idarəedilməsi, müştəri məmnuniyyəti və brendinq, KOBİA tərəfindən isə biznes planın hazırlanması kimi mövzularda təlimlərə cəlb edilmiş və peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək göstərilmişdir.
Təlimlərin yekununda Göygöl və Hacıkənd ərazilərindən müraciət etmiş 15 işsiz şəxs Dövlət Məşğulluq Agentliyi tərəfindən "Aqroturizm" istiqaməti üzrə avadanlıqlarla təmin edilmiş və onlar üçün yeni kənd qonaq evləri yaradılmışdır.