Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və dünyanın aparıcı onlayn tədris sistemi “Coursera”nın iş birliyi çərçivəsində “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” üzrə kurslar təşkil edilib.
“İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” layihəsinin əsas məqsədi işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarını artırmaq, onların əmək bazarına reinteqrasiyasını təmin etməkdir. Bilik və bacarıqlarını inkişaf etdirmək istəyən hər kəs təşkil edilən kurslara müraciət edərək ödənişsiz təhsil almaq və sertifikat əldə etmək imkanı qazanıb. Kurslara 20 149 vətəndaş müraciət edib.