“Karyera Körpüsü” layihəsi

“Karyera Körpüsü” layihəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işədüzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğuna dəstək məqsədi ilə Sosial Xidmətlər Agentliyi ilə birgə tərəfdaşlıqda “Karyera Körpüsü” layihəsinə start verib.

 

Layihənin əsas məqsədi Sosial Xidmətlər Agentliyinin nəzdində sosial xidmət müəssisələrindən məzun olan əmək bazarına daxil olmağa hazırlaşan 15-18 yaş aralığında olan valideyn himayəsindən məhrum olmuş gənclərin məşğulluq imkanlarının qiymətləndirilməsi və karyera planlaması üzrə texniki dəstəyin göstərilməsi ilə onların dayanıqlı şəkildə əmək bazarına və cəmiyyətə inteqrasiyası üçün hazırlığını artırmaqdır.

 

Layihə çərçivəsində cari ilin sonuna qədər 50 valideyn himayəsindən məhrum olmuş gəncin əmək bazarına hazırlığı artırılacaqdır.