"Biznesin Sədası" layihəsi

"Biznesin Sədası" layihəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işədüzəlməkdə çətinlik çəkən şəxslərin özünüməşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Karlar Cəmiyyəti ilə birgə “Biznesin Sədası” layihəsinə start verib.

 

Layihənin məqsədi dərzi və qənnadçı peşələri üzrə peşə hazırlığı kurslarını bitirən, həmçinin həmin sahələr üzrə bacarıqları olan eşitmə qabiliyyəti məhdud işsiz vətəndaşları özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin edərək məşğulluqlarına dəstək olmaqdır.

 

Layihə çərçivəsində 30 eşitmə qabiliyyəti məhdud vətəndaşın məşğulluğunun təmin edilməsi nəzərdə tutulub.