Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
“Startaplara dəstək” layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalı və Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində “Sabah Lab” İnkubasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.
Layihənin məqsədi fikir mərhələsindən icra mərhələsinə keçmiş yeni yaranan elektron şirkətlərin – Startapların, dəstəklənməsi yolu ilə əhalinin məşğulluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun azaldılmasına dəstək göstərmək olub.
Seçim mərhələsində uyğunluq, təlabat, innovativlik, əhatə dairəsi, iqtisadi cəlbedicilik, davamlılıq kimi meyarların əsas götürüldüyü layihə çərçivəsində qalib olan 8 startap komandalarında yeni fəaliyyətə başlayan işsiz üzvlər lazımi avadanlıqlarla təmin edilib.