Kommersiya banklarının “Özünüməşğulluğa dəstək-2020” layihəsi

Kommersiya banklarının “Özünüməşğulluğa dəstək-2020” layihəsi

“Özünüməşğulluğa dəstək-2020” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası tərəfindən birgə həyata keçirilib. Layihənin məqsədi işsiz kimi qeydiyyata alınan aztəminatlı ailələr, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, qazilər, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər üçün özünüməşğulluq proqramı çərçivəsində bankların dəstəyi ilə kiçik bizneslərin yaradılması olub.

 

Layihə başa çatıb. Yekun olaraq 1014 vətəndaş müxtəlif avadanlıqlarla təmin olunub.