"Qadına Bir Addım" layihəsi

"Qadına Bir Addım" layihəsi

Ailə mühitinin qorunub saxlanılması, məişət zorakılığı hallarının qarşısının alınması, qadınların aktiv fəaliyyətə cəlb olunması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Təmiz Dünya”, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliklər və “Gestalt” Psixoloji Mərkəz ilə birgə fəaliyyət nəticəsində “Qadına Bir Addım” layihəsi həyata keçirilir.

 

Layihənin məqsədi sığınacaqlarda müvəqqəti məskunlaşan 20 nəfər məişət zorakılığına məruz qalmış işsiz qadının psixoloji vəziyyətlərini yaxşılaşdıraraq, müxtəlif bilik və bacarıqlarını artıraraq, müasir əmək bazarının tələblərinə cavab verən və davamlı inkişaf yollarını mənimsəyən ixtisaslı kadrlara çevrilməsinə, o cümlədən işsizlik problemlərinin həllinə dəstək olaraq məşğulluqlarını təmin etməkdir.

 

Layihə 2023-2024-cü illər çərçivəsində Bakı və Sumqayıt şəhərlərini əhatə edir.