Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Əvvəllər "Alo Karyera" adı ilə fəaliyyət göstərən xidmət hazırda "Karyera Müşaviri" adı altında vətəndaşlara təqdim olunur.
"Karyera Müşaviri" xidməti vətəndaşların peşəyönümü, karyera planlaması və məşğulluq imkanlarının artırılması istiqamətində peşəkar dəstəyin göstərilməsi məqsədilə həyata keçirilən fərdi məsləhət xidmətidir. Xidmət çərçivəsində vətəndaşların maraq, bacarıq və potensialları nəzərə alınmaqla onların əmək bazarına uğurlu inteqrasiyasına və karyera inkişafına dəstək göstərilir.
Hazırda xidmət vətəndaşların ehtiyacları və müraciət xüsusiyyətləri nəzərə alınmaqla həm onlayn, həm də əyani (üzbəüz) formatda həyata keçirilir.
Xidmətə müraciət edən vətəndaşlar müəyyən edilmiş platforma vasitəsilə qeydiyyatdan keçirlər. Daxil olan müraciətlər karyera müşavirləri tərəfindən qiymətləndirilir, vətəndaşla əlaqə saxlanılaraq görüşün tarixi və vaxtı müəyyən edilir. Görüşlər vətəndaşın seçiminə və mövcud şəraitə uyğun olaraq onlayn və ya əyani formatda təşkil edilir.
"Karyera Müşaviri" xidməti çərçivəsində vətəndaşlar aşağıdakı istiqamətlərlərdə dəstək ala bilərlər:
Xidmətin əsas məqsədi vətəndaşların əmək bazarının tələblərinə uyğun karyera qərarları qəbul etmələrinə, məşğulluq imkanlarını artırmalarına və davamlı peşəkar inkişaflarını dəstəkləyən keyfiyyətli karyera məsləhəti xidmətinin göstərilməsidir.