Ana səhifə . ❯ . Layihələr . ❯ . Sosial layihələr . ❯ . “Gənclərin biznes emalatxanası” layihəsi
“Gənclərin biznes emalatxanası” layihəsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə yeni layihəyə başlanılır.
“Gənclərin biznes emalatxanası (Youth Business Workshop)” adlanan layihənin məqsədi peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi və peşə təhsilinə marağın artırılmasıdır.
2021-2023-cü illəri əhatə edəcək layihənin ilkin mərhələsində Qəbələ, Ağdam və Cəlilabad rayonlarında peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edəcəklər. Layihə çərçivəsində dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələrdə peşə təhsili alan gənclər biznes təlimlərinə cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində mikro biznesin qurulması üçün müvafiq avadanlıqlar veriləcəkdir.
“Azərbaycanda məşğulluğa dəstək” layihəsi Dövlət Məşğulluq Agentliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilir.
“Özünüməşğulluğa dəstək-2021” layihəsi Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası tərəfindən birgə həyata keçirilir.
Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi ilə məşğul olmaq istəyən vətəndaşlar layihəyə müraciət edə bilərlər.
“Gənclərin Dayanıqlı Məşğulluğu” proqramı - “Biznesini Yarat Marafonu”, “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” və “Peşəkar Gənclik” layihələrini əhatə edir.
Layihənin məqsədi işsiz şəxslər üçün gəlir gətirən yeni özünüməşğulluq sahələri üzrə kiçik bizneslərin yaradılmasına dəstək olmaqdır.
Dövlət Məşğulluq Agentliyi və “Birgə və sağlam” İctimai Birliyi əməkdaşlığa başlayıb.
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin əsas məqsədi kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı, işsiz şəxslərin məşğulluğunun təmin edilməsidir.
Layihənin məqsədi həssas qruplardan olan işsiz və işaxtaran şəxslərin potensialının artırılması və onların əmək bazarında məhsuldar məşğulluğa cəlb edilməsi üçün imkanların yaradılmasıdır.
Layihə Dövlət Məşğulluq Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişafı Proqramı və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən birgə həyata keçirilir.
Layihənin məqsədi turizm baxımından əlverişli və ictimai əhəmiyyət təşkil edən ünvanlarda dönər biznesi ilə məşğul olan seçilmiş qida obyektlərinin qida təhlükəsizliyinin gücləndirilməsidir.
Layihə çərçivəsində 20 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsin məşğulluğu təmin edilib.
Layihənin məqsədi məcburi köçkünlərin, qaçqınların və yerli əhalinin məşğulluğunun artırılması, mövcud təsərrüfatlarının inkişafına dəstək olmaqdır.