Şəffaflıq siyasəti

Şəffaflıq siyasəti

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində korrupsiya hüquqpozmalarının qarşısının alınması, Agentliyin fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarını istisna edən şəraitin yaradılması, korrupsiya ilə bağlı hüquqpozma hallarına qarşı mübarizə tədbirlərinin müəyyən edilməsi və Agentliyin fəaliyyətinin “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının (İSO 37001:2016) tələblərinə uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə Nazirliyin Antikorrupsiya sisteminə nəzarət Şurasının Qərarı ilə aşağıdakı sənədlər təsdiq edilib.

 

•          “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Korrupsiyaya qarşı mübarizə Siyasəti”

 

•          “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Maraqlar toqquşmasının qarşısının alınması Siyasəti”

 

•          “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Korrupsiyaya qarşı mübarizə ilə əlaqəli informatorlarla iş Siyasəti”

 

•         “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Korrupsiya ilə mübarizə üzrə Komitəsi haqqında Əsasnamə”si

 

•        “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə Komissiyası haqqında Əsasnamə”si

 

•        “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bağlanılan müqavilələrə Əlavə” forması

 

 

Korrupsiya hüquqpozmaları ilə əlaqədar müraciət formasına buradan keçid edin.