Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “İnkişaf Korporasiyası” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilən Qarabağ KOB-ları proqramının məqsədi şəhid ailələrinin, qazi və ya müharibə iştirakçısı olmuş şəxslərin özlərinin və ya ailə üzvlərinin maddi, sosial rifahının yaxşılaşdırılması və yaşadıqları yerlərdə iş yerlərinin artırılmasına dəstək olmaqdır. Bu proqram çərçivəsində 55 şəxsə təlimlərin verilməsi, onların bilik və bacarıqlarının artırılması və nəticədə 55 KOB yaradılması nəzərdə tutulur.
Layihə bir neçə mərhələdən ibarətdir:
Cari vəziyyətdə tərəfdaş tərəfindən aşağıda qeyd edilən regionlar üzrə 55 vətəndaş layihəyə cəlb olunub.
Qeyd olunan bölgələr üzrə tərəfdaş tərəfindən (“İnkişaf Korporasiyası” QSC) funksional təlimlər keçirilib: