Ana səhifə . ❯ . Layihələr . ❯ . Sosial layihələr . ❯ . “Ağıllı kənd” layihəsi
“Ağıllı kənd” layihəsi
İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kənd sakinləri doğma kəndlərinə qayıtdıqdan sonra “Ağıllı kənd” layihəsi çərçivəsində onlardan bir qrupu üçün kiçik təsərrüfatlar yaradılacaq.
Layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti birgə icra edir.
Kənd sakinlərinin məşğulluğuna və kiçik sahibkarlığa çıxışına dəstək məqsədi daşıyan layihəyə 30 nəfər Ağalı kənd sakininin cəlb olunması nəzərdə tutulub.
Kənd sakinləri doğma kəndlərinə qayıdandan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaqdır.
“Azərbaycanda məşğulluğa dəstək” layihəsi Dövlət Məşğulluq Agentliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilir.
“Özünüməşğulluğa dəstək-2021” layihəsi Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası tərəfindən birgə həyata keçirilir.
Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi ilə məşğul olmaq istəyən vətəndaşlar layihəyə müraciət edə bilərlər.
“Gənclərin Dayanıqlı Məşğulluğu” proqramı - “Biznesini Yarat Marafonu”, “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” və “Peşəkar Gənclik” layihələrini əhatə edir.
Layihənin məqsədi işsiz şəxslər üçün gəlir gətirən yeni özünüməşğulluq sahələri üzrə kiçik bizneslərin yaradılmasına dəstək olmaqdır.
Dövlət Məşğulluq Agentliyi və “Birgə və sağlam” İctimai Birliyi əməkdaşlığa başlayıb.
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin əsas məqsədi kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı, işsiz şəxslərin məşğulluğunun təmin edilməsidir.
Layihənin məqsədi həssas qruplardan olan işsiz və işaxtaran şəxslərin potensialının artırılması və onların əmək bazarında məhsuldar məşğulluğa cəlb edilməsi üçün imkanların yaradılmasıdır.
Layihə Dövlət Məşğulluq Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişafı Proqramı və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən birgə həyata keçirilir.
Layihənin məqsədi turizm baxımından əlverişli və ictimai əhəmiyyət təşkil edən ünvanlarda dönər biznesi ilə məşğul olan seçilmiş qida obyektlərinin qida təhlükəsizliyinin gücləndirilməsidir.
Layihə çərçivəsində 20 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsin məşğulluğu təmin edilib.
Layihənin məqsədi məcburi köçkünlərin, qaçqınların və yerli əhalinin məşğulluğunun artırılması, mövcud təsərrüfatlarının inkişafına dəstək olmaqdır.