“Özünüməşğulluğa dəstək-2023” layihəsi

“Özünüməşğulluğa dəstək-2023” layihəsi

“Özünüməşğulluğa dəstək-2023” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası tərəfindən birgə həyata keçirilir.

 

Layihənin məqsədi işsiz kimi qeydiyyata alınan aztəminatlı, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, qazilər, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər üçün özünüməşğulluq proqramı çərçivəsində bankların dəstəyi ilə kiçik bizneslərin yaradılmasıdır.

 

Layihə çərçivəsində müvafiq istiqamətlər üzrə biznes təlimlərdə iştirak etmiş ümumilikdə 300 nəfər işsiz və işaxtaran vətəndaşın aktivlərlə təmin olunması nəzərdə tutulub.