Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduBu bülleten həyatının müxtəlif yaş dövrlərində karyerasında dəyişiklik etmiş yetkin şəxslər haqqında məlumatları özündə ehtiva edir. Məqsəd qlobal və yerli əmək bazarında olduqca sıx rast gəlinən karyera dəyişikliyinin ilkin səbəblərini və bu dəyişiklik sayəsində yaranan nəticələri aydınlaşdırmaqdan ibarətdir. Bülleten informativ xarakterlidir və nəticələri hər hansı bir həvəsləndirmə va ya həvəsdən salma məqsədi daşımır.
Bu təlimat iş axtarışında olan şəxslərə, xüsusilə müsahibə mərhələsinə keçmiş namizədlərə peşəkar dəstək göstərmək və onlara müsahibə prosesi ilə bağlı faydalı tövsiyələr vermək məqsədilə hazırlanıb.
Tövsiyə sənədi əlilliyi olan şəxslərin iş tapma prosesində qarşılaşdıqları maneələri və işəgötürənlərin bu namizədlərlə münasibətlərini mütənasib təşviq etmək məqsədi daşıyır. Bu sənəd əlilliyi olan şəxslərin cəmiyyətdə tam və bərabər səviyyədə məşğulluğunu təmin etmək və inklüziv iş mühiti yaratmaq üçün işəgötürənlərə lazımi istiqamətləndirmələr təqdim edir.
Bu təlimat işaxtaranlara peşәkar CV vә rezüme hazırlamaqda dәstәk olmaq, işәgötürәnlәrin ilkin tәәssüratlarını formalaşdıran vә әmәk bazarının tәlәblәrinә cavab verәn CV vә ya rezümenin düzgün strukturlaşdırılmasını tәmin etmәk və sürәtli dәyişәn әmәk bazarında işaxtarışı prosesinә birbaşa töhfә vermәk məqsədi daşıyır.
Hesabat qlobal miqyasda öyrənmə icması tərəfindən təmin olunan məlumatlar və anlayışlara əsaslanır. Bu icmaya 148 milyondan çox tələbə və 7000 korporativ müştəri ilə yanaşı, dünyanın 325 aparıcı universitet və sənaye tərəfdaşları tərəfindən verilən məzmun və informasiya daxildir.
Bu bülleten 7-11-ci sinif məktəb şagirdlərinin peşə və ixtisas seçimi haqqında məlumatlılıq səviyyəsini, eyni zamanda, araşdırma zamanı üzə çıxmış digər əlaqəli məlumatları özündə ehtiva edir. Bülletenin nəticələri hər hansı bir həvəsləndirmə və ya həvəsdən salma məqsədi daşımır.
Bu bülleten 2024-cü ilin yerli əmək bazarı məlumatlarına əsasən Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanmışdır. Bülleten, ali məktəblərə qəbul imtahanında toplanan balın şəxslərin karyera uğurlarına təsiri haqqında məlumatları özündə ehtiva edir. Əldə edilən nəticələr respondentlər arasında keçirilən sorğunun birbaşa və müdaxilə edilməmiş nəticələridir. Əmək Bazarı bülletenin ilk buraxılışı “Əmək bazarında tələb olunan əsas bacarıqlar” başlığı ilə 2024-cü ilin fevral ayında dərc edilmişdir.
Bu bülleten Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən 2023-cü ildə keçirilən sorğu nəticələri əsasında hazırlanmışdır. Əldə edilən nəticələr işəgötürənlər arasında keçirilən sorğunun birbaşa və müdaxilə edilməmiş nəticələridir. Bülletenin əsas məqsədi işaxtaran şəxslərin Azərbaycan əmək bazarında olan işəgötürənlərin tələb etdikləri bacarıqlarla bağlı məlumatlandırılması və işəgötürənlərə qlobal əmək bazarına əsasən diqqət etməli olduqları məqamların göstərilməsidir.
“Strategiyalar və çağırışlar” hesabatında dünyanın müxtəlif regionlarından 38 Məşğulluq Xidməti iştirak edib və onların hər biri həyata keçirilən dəyişikliklər və perspektivlər haqqında geniş məlumat təqdim edib. Bu araşdırma müxtəlif regionlardan və kontekstlərdən müxtəlif təcrübə və fəaliyyətlər toplusunu təqdim edir.
“İş sahələrinin gələcəyi’’ hesabatının 2023-cü il buraxılışında təqdim olunan məlumatların əsasını iş mühitində əsas trendlər və istiqamətlər üzrə araşdırmadan əldə olunan məlumatlar təşkil edir. Bu məlumatlar dünyanın ən böyük işəgötürənləri arasında aparılan sorğular nəticəsində əldə olunmuşdur. Hesabatı təqdim edirik.