Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduLayihənin məqsədi Göygöl və Hacıkənd ərazilərindən müraciət etmiş 15 işsiz şəxsin Dövlət Məşğulluq Agentliyi tərəfindən “Aqroturizm” istiqamət üzrə avadanlıqlarla təmin olunaraq onlar üçün kənd qonaq evlərinin yaradılmasından ibarətdir.
Layihə sığınacaqlarda müvəqqəti məskunlaşan 20 nəfər məişət zorakılığına məruz qalmış işsiz qadını əhatə edir.
Layihənin məqsədi özünüməşğulluq proqramı çərçivəsində bankların dəstəyi ilə kiçik bizneslərin yaradılmasıdır.
Layihənin məqsədi işsiz şəxslər üçün gəlir gətirən yeni özünüməşğulluq sahələri üzrə kiçik bizneslərin yaradılmasına dəstək olmaqdır.
Layihənin məqsədi peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və onların sahibkarlıq fəaliyyətinə təşviq olunmasıdır.
Layihənin məqsədi həssas qruplardan olan işsiz və işaxtaran şəxslərin potensialının artırılması və onların əmək bazarında məhsuldar məşğulluğa cəlb edilməsi üçün imkanların yaradılmasıdır.
“Alo Karyera” şəxslərin şəxsi və peşəkar inkişafına kömək göstərilməsi məqsədilə həyata keçirilən dəstək xidmətidir.
Layihə çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqlarla təmin edilmiş benefisiarlara, o cümlədən mikro sahibkarlara ABAD tərəfindən biznes-konsaltinq, texniki dəstək, marketinq, maliyyə, hüquqi xidmətlər, logistika və satışın təşkili kimi xidmətlər göstəriləcək.
“Gənclərin Dayanıqlı Məşğulluğu” proqramı - “Biznesini Yarat Marafonu”, “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” və “Peşəkar Gənclik” layihələrini əhatə edir.
“Özünüməşğulluğa dəstək-2021” layihəsi Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası tərəfindən birgə həyata keçirilir.
Dövlət Məşğulluq Agentliyi və “Birgə və sağlam” İctimai Birliyi əməkdaşlığa başlayıb.
Layihənin məqsədi yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı qadınların, sosial müəssisə yaradılmaqla məşğulluq imkanlarını genişləndirməkdən ibarətdir.
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin əsas məqsədi kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı, işsiz şəxslərin məşğulluğunun təmin edilməsidir.
Layihə Dövlət Məşğulluq Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişafı Proqramı və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən birgə həyata keçirilib.
Proqramın məqsədi gənc startapçıların daha çox uğur qazanması üçün əməkdaşlığın həyata keçirilməsi və dəstəyin təmin edilməsidir.
Layihənin məqsədi turizm baxımından əlverişli və ictimai əhəmiyyət təşkil edən ünvanlarda dönər biznesi ilə məşğul olan seçilmiş qida obyektlərinin qida təhlükəsizliyinin gücləndirilməsidir.
Layihə çərçivəsində 20 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsin məşğulluğu təmin edilib.
Layihənin məqsədi məcburi köçkünlərin, qaçqınların və yerli əhalinin məşğulluğunun artırılması, mövcud təsərrüfatlarının inkişafına dəstək olmaqdır.
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin əsas məqsədi kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı, işsiz şəxslərin məşğulluğunun təmin edilməsidir.
“Özünüməşğulluğa dəstək-2020” layihəsi Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası tərəfindən birgə həyata keçirilir.