“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı 2022” layihəsi

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı 2022” layihəsi

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.

 

Layihə çərçivəsində seçilmiş şəxslərə turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün biznes planın yazılması, biznesin hüquqi əsasları, kənd turizmi və brendinq, kənd turizmində sosial medianın rolu, qonaq evlərinin menecmenti və müştəri məmnuniyyəti kimi mövzularda təlimlər təşkil olunur. Təlimlərlə yanaşı, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir-bərpa işləri aparılır. Növbəti mərhələdə sahibkarlıq obyektləri aqroturizm zərfi üzrə müvafiq avadanlıqlarla təchiz edilir.  

 

Layihə çərçivəsində  Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında icra edilib və DMA tərəfindən 50 nəfər rayon sakini müvafiq aktivlərlə təmin olunub.  

 

Ümumilikdə yerli və xarici turistlərə qonaqlama xidməti göstərən kənd qonaq evləri sakinlərin gəlirlərinin artmasına və məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına öz töhfəsini verir.