Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “İnkişaf Korporasiyası” QSC-nin tərəfdaşlığı nəticəsində şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərilməsi məqsədilə “Qarabağ KOB-ları 2024” layihəsinə başlanılıb.
Layihə çərçivəsində Bakı, Gəncə, Bərdə, Goranboy, Zabux, Ağalı və Laçın rayonundan olan ümumilikdə 70 şəxsə “Maliyyənin idarə olunması”, “Biznes planın hazırlanması”, “Marketinq”, “Sosial Media Marketinq”, “İnsan resurslarının idarə olunması” və “Satış” üzrə təlimlər veriləcək, onların bilik və bacarılqarı artırılacaq və nəticədə 70 KOB yaradılacaq. KOBların istehsal etdikləri məhsul və xidmətləri satışa çıxara biləcəkləri birja platforması qurulacaq və il ərzində SMM kommunikasiyası təşkil ediləcək.
Təlimləri uğurla başa vuran iştirakçıların Dövlət Məşğulluq Agentliyi tərəfindən seçdikləri müvafiq istiqamət üzrə avadanlıqlarla təmin olunması nəzərdə tutulub.