"Kuryer xidmətinə dəstək" layihəsi

"Kuryer xidmətinə dəstək" layihəsi

"Kuryer xidmətinə dəstək" layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Fonibo MMC tərəfindən birgə həyata keçirilib. Bu məqsədlə Dövlət Məşğulluq Agentliyi və Fonibo MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, 20 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsin məşğulluğu təmin edilib.   

 

İlk növbədə layihədən yararlanmaq istəyən şəxslərin online qeydiyyatı aparılaraq, seçim mərhələsindən sonra uyğun namizədlər “çatdırılma xidməti” zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımı avadanlıqlarla təmin edilib və Fonibo şirkəti tərəfindən işə götürülüb.

 

Həmçinin layihə çərçivəsində uyğun namizədlərə Fonibo şirkəti tərəfindən təlimlər keçirilib, lazımı geyim və çanta təqdim edilib.

 

Qeyd edək ki, memoranduma əsasən Agentlik tərəfindən peşə hazırlığına cəlb olunan şəxslərin müvafiq işlə təmin olunmasına və həmin şəxslərin bilik və bacarıqlarının artırılması məqsədi ilə iş yerlərində istehsalat təcrübəsi keçmələrinə də Fonibo tərəfindən zəruri köməklik göstəriləcək.

 

Layihənin icrası zamanı şəhid ailəsi üzvlərinə, Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə üstünlük verilib.

 

Qeyd edək ki, layihəyə qeydiyyat 31 May 2021-ci il tarixində başa çatıb.