“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi 2021

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi 2021

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilib.

 

Layihə çərçivəsində seçilmiş şəxslərə turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün biznes planın yazılması, biznesin hüquqi əsasları, kənd turizmi və brendinq, kənd turizmində sosial medianın rolu, qonaq evlərinin menecmenti və müştəri məmnuniyyəti kimi mövzularda təlimlər təşkil olunub. Təlimlərlə yanaşı, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir-bərpa işləri aparılıb. Növbəti mərhələdə sahibkarlıq obyektləri aqroturizm zərfi üzrə müvafiq avadanlıqlarla təchiz ediliblər.

 

Layihə ilk dəfə pilot olaraq KOBİA və DMA-nın dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunun Buynuz, Xanagah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində həyata keçirilib. Layihə çərçivəsində İsmayıllıda 14 kənd qonaq evi yaradılıb, 300 nəfərə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb. Bununla da 14 ailədən olan 40 nəfərə yaxın qadının və gəncin məşğulluğu təmin edilib.  

 

Layihə yerli və xarici turistlərə qonaqlama xidməti göstərən kənd qonaq evləri sakinlərin gəlirlərinin artmasına və məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına öz töhfəsini verib.