Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
“Biznesini Yarat Marafonu” “Gənclərin Dayanıqlı Məşğulluğu" proqramına daxil olan layihələrdən biridir. Layihənin məqsədi işsiz və işaxtaran gənclərin biznes ideyalarını reallaşdırmalarına, məşğulluq imkanlarına yiyələnmələrinə özünüməşğulluq proqramı vasitəsilə dəstək olub.
Layihənin əsas hədəf kütləsi olan gənclər aşağıdakı kateqoriyalar üzrə müəyyənləşdirilmişdir:
Aşağıda qeyd olunmuş kateqoriyalardan birinə daxil olan şəxslər müraciət edə bilməzlər:
Müraciətlər dəyərləndirilərkən aşağıda qeyd olunmuş bəndlərə uyğun gənclərə üstünlük verilmişdir:
Marafona qoşulmaq üçün 18-29 yaş kateqoriyasından olan gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb saytında (www.gənc.az) və ya “GencAPP” mobil tətbiqində yerləşdirmişdir. Bu ideyalar “Qiymətləndirmə komissiyası” tərəfindən dəyərləndirilərək biznes ideyası uyğun hesab edilən gənclər təlimə cəlb olunublar. Müraciətlər “Qiymətləndirmə komissiyası” tərəfindən dəyərləndirilib. Marafonun qalibi olan gənclərə özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilib. Layihə çərçivəsində 50 nəfər müxtəlif avadanlıqlarla təmin edilib.