Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Gəz, Qazan!” layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Murmur Technology MMC-nin dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi seçilən vətəndaşlar üçün Bakı şəhərində həm aylıq sabit qazanc yeri, həm də özlərinə məxsus mikro bizneslər yaratmaqda köməklik göstərməkdən ibarətdir.
"Murmur"da çalışmaq üçün heç bir spesifik şərt yoxdur. İş saatları sabit və ya dəyişən olaraq 2 müxtəlif formada təklif edilir. Əməkdaşlar partnyor müqaviləsi (dəyişən iş saatları) və ya əmək müqaviləsi (sabit iş saatları) ilə çalışa bilərlər.
Layihə çərçivəsində vətəndaşların Murmur Technology ilə çalışması üçün ehtiyac duyulan avadanlıqların Dövlət Məşğulluq Agentliyi tərəfindən təmin edilməsi nəzərdə tutulur.
Belə ki, Bakı və Abşeron ərazisində yaşayan vətəndaşlar yaşadığı ünvan üzrə Regional Məşğulluq filialına və ya DOST Mərkəzlərinə yaxınlaşaraq, işsiz və ya işaxtaran (işi və qazancı olmayan) kimi qeydiyyatdan keçə və məşğulluq imkanlarının qiymətləndirilməsi nəticəsinə uyğun olaraq layihəyə qoşula bilərlər.