Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Korporativ sosial məsuliyyət (KSM)- cəmiyyətin inkişafında şirkət və müəssisələrin könüllü olaraq iştirakını nümayiş etdirən, həm biznesin, həm də cəmiyətin ümumi inkişafına və maraqlarına xidmət edən məsuliyyətdir. Fəaliyyət istiqamətlərimizdən biri də biznesin, eləcə də cəmiyyətin ümumi inkişafına və maraqlarına xidmət edən korporativ sosial məsuliyyətdir. Bu mənada müxtəlif iqtisadi istiqamətlərdə fəaliyyət göstərən işəgötürənlər, həmçinin ictimai birliklər Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlarıdır. |
Agentlik daima sosial tərəfdaşları ilə yaxından əməkdaşlıq edərək sosial məsuliyyət layihələrinin həm icrasını həyata keçirir, həm də təqdim edilən sosial məsuliyyət layihələrinə öz dəstəyini göstərir. Korporativ sosial məsuliyyət sahəsində cəmiyyətimizdə maarifləndirmə işini daha da artırmaq və bu sahədə əməkdaşlıqları stimullaşdırmaq məqsədilə Dövlət Məşğulluq Agentliyi tərəfindən hər il korporativ sosial məsuliyyət çərçivəsində sosial tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması mərasimi həyata keçirilir. İşəgötürənlərin mükafatlandırılması onların cəmiyyətə qarşı etik və məsuliyyətli davranması, bu istiqamətdə qərarlar qəbul etməsi və icrasını stimullaşdıracaq, onların sosial layihələrə marağını artıracaq, bütövlükdə iqtisadiyyatın inkişafına və vətəndaşların sosial rifahının daha da yüksəlməsinə səbəb olacaqdır. |
2021-ci ilin korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların mükafatlandırılması haqqında |
Korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramlarının icrasına töhfəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, millət vəkilləri Musa Quliyev, Arzu Nağıyev və başqaları, eləcə də işəgötürənlər iştirak ediblər. |
Prezident İlham Əliyevin tapşırığı əsasında sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə xeyli genişləndiyini vurğulayan S.Babayev sosial tərəfdaşların korporativ sosial məsuliyyət çərçivəsində bu proqramların icrasına göstərdiyi dəstəyi qeyd edib.
Nazir həssas əhali qruplarına yönələn irihəcmli sosial layihələrdə dövlət qurumları ilə yanaşı, özəl sektoru təmsil edən şirkətlərin də iştirakını diqqətə çatdırıb. Şəhid ailələri və müharibə əlillərinin, digər həssas qruplardan olanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların avtomobillə təminatı, aztəminatlı ailələrin maddi dəstəklə təmin edilmələri və digər sahələrdə aparılan dəstək işlərində onların sosial tərəfdaşlıq müstəvisində öz töhfələrini verdiyini bildirib. |
S.Babayev sosial tərəfdaşların aktiv məşğulluq tədbirlərinin icrası, özünüməşğulluq proqramının genişləndirilməsi işlərində də korporativ sosial məsuliyyət çərçivəsində dəstək göstərdiklərini diqqətə çatdırıb.
Nazir “Məşğulluq marafonu”nun da korporativ sosial məsuliyyətin bir nümunəsi olduğunu, işəgötürənlərin şəhid ailəsi üzvləri və qazilərin məşğulluğunun təminatına xidmət edən bu marafonda yaxından iştirak etdiklərini deyib. Qeyd edib ki, marafona artıq 610 işəgötürən qoşularaq 4030 vakansiya təqdim edib və həmin vakansiyalar üzrə 1600-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.
Digər çıxış edənlər ölkəmizdə həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına xidmət edən proqramlarda sosial tərəfdaşların fəal iştirakını həmrəylik nümunəsi kimi də qeyd edərək, ümumən vətəndaş rifahının təminatı proseslərinə dəyərli töhfə olduğunu vurğulayıblar.
Sonra məşğulluq layihələrində fəal iştirakı ilə seçilən sosial tərəfdaşlara şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, gənclərin, qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaşlar, həmçinin “Məşğulluq" altsisteminə ən çox vakansiya yerləşdirən, “Məşğulluq" altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan, ən aktiv özəl sosial tərəfdaşlar nominasiyaları üzrə mükafatlar təqdim edilib.
|
Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş
"Üstay Yapı Taahhüt ve Ticaret Anonim Şirketi"nin Azərbaycan nümayəndəliyi
İşlə təmin edilib: 43 nəfər
Şəhid ailəsi üzvlərinin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş
"PROKON" MMC
İşlə təmin edilib: 15 nəfər
Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş
“AL MARKET” MMC
İşlə təmin edilib: 78 nəfər
Gənclərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş
“MCDONALD”S Azərbaycan” QSC
İşlə təmin edilib: 975 nəfər
Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş
“AZƏRİ MED” QSC
İşlə təmin edilib: 2340 nəfər
“Məşğulluq" altsisteminə ən çox vakansiya yerləşdirən özəl sosial tərəfdaş
“AL MARKET” MMC
Vakansiya sayı: 3758
“Məşğulluq" altsistemi vasitəsilə vətəndaşların məşğulluğuna dəstək verən ən aktiv özəl sosial tərəfdaş
“AL MARKET” MMC
Employed based on referrals: 2545 people
Ən aktiv özəl sosial tərəfdaş (Şirkət)
Marsol MMC
Ən aktiv özəl sosial tərəfdaş (Birlik, Assosiasiya)
Azərbaycan Banklar Assosiasiyası
2022-ci ilin korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların mükafatlandırılması haqqında |
2022-ci il ərzində həssas qruplara dəstək məqsədli korporativ sosial məsuliyyət tədbirlərində, onlarla bağlı məşğulluq proqramlarının icrasında aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkilləri, digər hökumət və qeyri-hökumət qurumları, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından nümayəndələr, işəgötürənlər iştirak ediblər. |
Tədbirdə çıxış edən S.Babayev sosial müdafiə sisteminin gücləndirilməsinin, həssas qruplara qayğının artırılmasının Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil etdiyini vurğulayıb. O, dövlət başçısının tapşırıqları əsasında aparılan sosial islahatlar nəticəsində bu istiqamətdə ciddi irəliləyişlərə nail olunduğunu bildirib. |
Aktiv məşğulluq proqramlarının da ildən-ilə genişləndiyini bildirən S.Babayev qeyd edib ki, ötən il də sosial tərəfdaşlar ilə birgə işlər nəticəsində 40 mindən çox şəxs işlə təmin olunub, 7 mindən çox şəxsin haqqı ödənilən ictimai işlər proqramı, 2 min şəxsin birgə maliyyələşmə və kvota iş yerləri üzrə işlə təminatı həyata keçirilib.
Sosial cəhətdən həssas qruplara, həmçinin şəhid ailələri və müharibə iştirakçılarına dəstək məqsədilə icra olunan məşğulluq proqramlarında sosial tərəfdaşlarla fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Korporativ sosial məsuliyyət proqramlarının genişləndirilməsi və çeşidinin artırılmasının əsas hədəflərdən olduğu bildirilib.
Digər çıxış edənlər həssas əhali qruplarının sosial dəstəklə təminatında sosial tərəfdaşların fəal iştirakının daha bir həmrəylik nümunəsi kimi təqdirəlayiq olduğunu qeyd edərək, bu sahədə görülən işləri yüksək dəyərləndiriblər.
Şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, qadınların, gənclərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaşlara, habelə “Əmək və Məşğulluq" altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan özəl sosial tərəfdaşa və bu altsistemə ən çox vakansiya yerləşdirən özəl sosial tərəfdaşa mükafatlar təqdim edilib.
|
Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş
Araz Supermarket MMC
İşlə təmin edilib: 111 nəfər
Şəhid ailəsi üzvlərinin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş
T-Finans LTD
İşlə təmin edilib: 24 nəfər
Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş
OBA market MMC
İşlə təmin edilib: 373 nəfər
Gənclərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş
Araz Supermarket MMC
İşlə təmin edilib: 1287 nəfər
“Əmək və Məşğulluq" altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan özəl sosial tərəfdaş
“AL MARKET” MMC
Göndəriş əsasında işlə təmin edilib: 940 nəfər
Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş
Araz Supermarket MMC
İşlə təmin edilib: 3106 nəfər
“Əmək və Məşğulluq" altsisteminə ən çox vakansiya yerləşdirən özəl sosial tərəfdaş
Gesco ASC
Vakansiya sayı: 3004
2023-cü ilin korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların mükafatlandırılması haqqında |
Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov, millət vəkilləri Məlahət İbrahimqızı, Arzu Nağıyev, Vüqar İskəndərov, Fatma Yıldırım, digər hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri və işəgötürənlər iştirak ediblər.
|
Tədbirdə çıxış edən S.Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qrupların qayğı ilə əhatə olunması istiqamətində aparılan ardıcıl sosial islahatları, əldə olunan sosial nailiyyətləri diqqətə çatdırıb. Nazir aktiv məşğulluq proqramlarının, o cümlədən özünüməşğulluq proqramının da ildən-ilə genişləndiyini, məşğulluğun təminatı istiqamətində görülən işləri qeyd edib.
|
Məşğulluq proqramlarının icrasında, həssas qrupların məşğulluğunun təminatı sahəsində sosial tərəfdaşların göstərdiyi dəstək, bu sahədə özəl sektora aid şirkətlərlə birgə aparılan işlər diqqətə çatdırılıb. Habelə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarının məşğulluğuna dəstək işlərində sosial tərəfdaşlarla fəal əməkdaşlıq təcrübəsinin olduğu vurğulanıb.
Digər çıxış edənlər özəl sektorun həssas qruplara yönələn dəstək proqramlarında, onların məşğulluq məsələlərinin həllində sosial tərəfdaşlar olaraq fəal iştirakını yüksək dəyərləndiriblər.
Qeyd edək ki, korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların 2022-ci ildən Nazirlik tərəfindən hər il üzrə mükafatlandırılması tədbirləri keçirilir.
Bu dəfəki tədbirdə də 11 nominasiya üzrə sosial tərəfdaşlara mükafatlar təqdim edilib. Şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, qadınların, gənclərin, pensiya yaşına iki ildən az qalmış şəxslərin, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin və b. məşğulluğunun təminatına dəstək verən ən aktiv özəl sosial tərəfdaşlara, habelə “Əmək və Məşğulluq" altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan və bu altsistemə ən çox vakansiya yerləşdirən özəl sosial tərəfdaşlara mükafatlar təqdim edilib.
|
Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv iri sahibkarlıq subyekti
"T.T.Ş.-İNŞAAT" MMC
İşlə təmin edilib: 146 nəfər
Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv orta sahibkarlıq subyekti
HƏSƏNOV ELŞAD SADAY OĞLU (XƏMSƏ RESTORAN)
İşlə təmin edilib: 39 nəfər
Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv kiçik sahibkarlıq subyekti
MURADOVA XATİRƏ ŞİRİN QIZI (LİDO RESTORANI)
İşlə təmin edilib: 25 nəfər
Şəhid ailəsi üzvlərinin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv iri sahibkarlıq subyekti
"T.T.Ş.-İNŞAAT" MMC
İşlə təmin edilib: 6 nəfər
Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv iri sahibkarlıq subyekti
"KÖRPÜ-BİNA-TİKİNTİ" MMC
İşlə təmin edilib: 298 nəfər
Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv orta sahibkarlıq subyekti
"AB CON" QSC
İşlə təmin edilib: 73 nəfər
Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv kiçik sahibkarlıq subyekti
"AZR-R CONSTRUCTION" MMC
İşlə təmin edilib: 24 nəfər
Gənclərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv iri sahibkarlıq subyekti
"ANC GROUP" MMC
İşlə təmin edilib: 1718 nəfər
Gənclərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv orta sahibkarlıq subyekti
HƏSƏNOV ELŞAD SADAY OĞLU (XƏMSƏ RESTORANI)
İşlə təmin edilib: 382 nəfər
Gənclərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv kiçik sahibkarlıq subyekti
MƏMMƏDOV ELXAN MƏMMƏD OĞLU (KRİSTAL RESTORANI)
İşlə təmin edilib: 190 nəfər
“Əmək və Məşğulluq" altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan iri sahibkarlıq subyekti
“AL MARKET” MMC
Göndəriş əsasında işlə təmin edilib: 2896 nəfər
“Əmək və Məşğulluq" altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan orta sahibkarlıq subyekti
"ELEL CONSTRUCTION" MMC
Göndəriş əsasında işlə təmin edilib: 391 nəfər
“Əmək və Məşğulluq" altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan kiçik sahibkarlıq subyekti
"CEO CONSTRUCTION" MMC
Göndəriş əsasında işlə təmin edilib: 119 nəfər
Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv iri sahibkarlıq subyekti
Araz Supermarket MMC
İşlə təmin edilib: 3698 nəfər
Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv orta sahibkarlıq subyekti
BABAŞOV ZEYNAL İSMAYIL OĞLU (TRENDYOL BAKU)
İşlə təmin edilib: 395 nəfər
Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv kiçik sahibkarlıq subyekti
ZÜLFÜQAROV MEHRAB SAKİN OĞLU (GRACE HALL RESTORANI)
İşlə təmin edilib: 146 nəfər
“Əmək və Məşğulluq" altsisteminə ən çox vakansiya yerləşdirən iri sahibkarlıq subyekti
"AL MARKET" MMC
Vakansiya sayı: 3760
“Əmək və Məşğulluq" altsisteminə ən çox vakansiya yerləşdirən orta sahibkarlıq subyekti
ƏLİYEV RƏMAN İLQAR OĞLU (ROMANCE PALACE RESTORANI)
Vakansiya sayı: 1544
“Əmək və Məşğulluq" altsisteminə ən çox vakansiya yerləşdirən kiçik sahibkarlıq subyekti
MURADOVA XATİRƏ ŞİRİN QIZI (LİDO RESTORANI)
Vakansiya sayı: 666
Pensiya yaşına iki ildən az qalmış şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv iri sahibkarlıq subyekti
"MKT İSTEHSALAT KOMMERSİYA" MMC
Şəxslərin sayı: 71 nəfər
Pensiya yaşına iki ildən az qalmış şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv orta sahibkarlıq subyekti
"AZ GRAFT CONSTRUCTION" MMC
Şəxslərin sayı: 38 nəfər
Pensiya yaşına iki ildən az qalmış şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv kiçik sahibkarlıq subyekti
″DH NEFT SERVİS TİKİNTİ″ QSC
Şəxslərin sayı: 26 nəfər
Cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv iri sahibkarlıq subyekti
"T.T.Ş.-İNŞAAT" MMC
Göndəriş əsasında işlə təmin edilib: 38 nəfər
Cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv orta sahibkarlıq subyekti
“NAXM LTD” MMC
Göndəriş əsasında işlə təmin edilib: 14 nəfər
Məşğulluq orqanında 1 ildən artıq işsiz kimi qeydiyyatda olan məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv iri sahibkarlıq subyekti
"OBA MARKET" MMC
Göndəriş əsasında işlə təmin edilib: 3126 nəfər
Məşğulluq orqanında 1 ildən artıq işsiz kimi qeydiyyatda olan məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv orta sahibkarlıq subyekti
"HUNER CONSTRUCTION" MMC
Göndəriş əsasında işlə təmin edilib: 394 nəfər
Məşğulluq orqanında 1 ildən artıq işsiz kimi qeydiyyatda olan məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv kiçik sahibkarlıq subyekti
ZÜLFÜQAROV MEHRAB SAKİN OĞLU (GRACE HALL RESTORANI)
Göndəriş əsasında işlə təmin edilib: 170 nəfər
Məşğulluq tarixçəsi olmayan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv iri sahibkarlıq subyekti
"ARAZ SUPERMARKET" MMC
Göndəriş əsasında işlə təmin edilib: 4229 nəfər
Məşğulluq tarixçəsi olmayan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv orta sahibkarlıq subyekti
HƏSƏNOV ELŞAD SADAY OĞLU (XƏMSƏ RESTORAN)
Göndəriş əsasında işlə təmin edilib: 81 nəfər
Məşğulluq tarixçəsi olmayan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv kiçik sahibkarlıq subyekti
ZÜLFÜQAROV MEHRAB SAKİN OĞLU (GRACE HALL RESTORANI)
Göndəriş əsasında işlə təmin edilib: 167 nəfər