Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyinin əsas dəyər və prinsipləri komanda işi və əməkdaşlıq, şəffaflıq, nəticəyönümlülük, obyektivlik, vətəndaşyönümlülükdür.
Bu dəyər və prinsiplərimiz gördüyümüz hər bir işdə öz əksini tapır.
Agentlikdə 1000 nəfərə yaxın əməkdaş Respublikamızın fərqli regionlarında çalışır. İşçi heyəti Agentliyin əsas kapitalıdır. Agentliyin rəhbərliyi olaraq biz daima insan resurslarının idarəolunması ilə bağlı görüşlər keçirir, işçilərin effektivliyini və motivasiyasını artırmaq məqsədilə fərqli mexanizm və alətlərdən istifadə edirik.
İstedadlı mütəxəssisləri cəlb etmək, inkişaf etdirmək və gələcək karyeralarına töhfə vermək strategiyamızın mühüm hissələrindən biridir.
Dəyərlərə əsaslanan, müasir və təkmil bir qurum olaraq inanırıq ki, Agentlikdə çalışan hər kəs özünün bir fərd olaraq dəyərli olduğunu hiss edir. Əməkdaşlarımızı resurs olaraq deyil, böyük ailəmizin bir üzvü olaraq qəbul edirik.
Əməkdaşlarımızı fərdi olaraq dinləmək, irad və təkliflərini öyrənmək və iş mühitini yaxşılaşdırmaq üçün Agentlik nəzdində Daxili dəyərlər üzrə müvəkkil fəaliyyət göstərir. Əməkdaşlarımız tərəfində bütün sorğular daxili dəyərlər üzrə elektron poçt ünvanına göndərilir , bütün sorğular konfidensial olaraq qalaraq əməkdaşın razılığını olmadan üçüncü şəxslərlə paylaşılmır.