Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Ailə mühitinin qorunub saxlanılması, məişət zorakılığı hallarının qarşısının alınması, qadınların aktiv fəaliyyətə cəlb olunması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Təmiz Dünya”, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliklər və “Gestalt” Psixoloji Mərkəz ilə birgə fəaliyyət nəticəsində “Qadına Bir Addım” layihəsi həyata keçirilib.
Layihənin məqsədi sığınacaqlarda müvəqqəti məskunlaşan məişət zorakılığına məruz qalmış işsiz qadınların psixoloji vəziyyətlərini yaxşılaşdıraraq, müxtəlif bilik və bacarıqlarını artıraraq, müasir əmək bazarının tələblərinə cavab verən və davamlı inkişaf yollarını mənimsəyən ixtisaslı kadrlara çevrilməsinə, o cümlədən işsizlik problemlərinin həllinə dəstək olaraq məşğulluqlarını təmin etməkdir.
Layihə çərçivəsində qadınlara iş mühitinə adaptasiya olmaqları yöndə psixoloji dəstək göstərilib, daha sonra isə aktiv məşğulluq tədbirləri üzrə yönləndiriliblər.
Layihə 2023-2024-cü illər çərçivəsində Bakı və Sumqayıt şəhərlərini əhatə edib.