“Özünüməşğulluğa dəstək-2023” layihəsi

“Özünüməşğulluğa dəstək-2023” layihəsi

“Özünüməşğulluğa dəstək-2023” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası tərəfindən birgə həyata keçirilib.

 

Layihənin məqsədi işsiz kimi qeydiyyata alınan aztəminatlı, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, qazilər, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər üçün özünüməşğulluq proqramı çərçivəsində bankların dəstəyi ilə kiçik bizneslərin yaradılması olub.

 

Layihə çərçivəsində müvafiq istiqamətlər üzrə biznes təlimlərində iştirak etmiş ümumilikdə 301 nəfər işsiz və işaxtaran vətəndaş aktivlərlə təmin olunub.