“Gənclərin Dayanıqlı Məşğulluğu" proqramı

“Gənclərin Dayanıqlı Məşğulluğu" proqramı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə icra etdiyi “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın məqsədi həssas qrupdan olan gənclərin sosial müdafiəsinin gücləndirilməsi, bilik və bacarıqlarının artırılması, ideyalarının reallaşdırılması, o cümlədən məşğulluqlarının təmin edilməsi, gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması, mövcud potensiallarının reallaşdırılmasıdır.

 

“Gənclərin Dayanıqlı Məşğulluğu” proqramı - “Biznesini Yarat Marafonu”, “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” və “Peşəkar Gənclik” layihələrini əhatə edir.

 

Layihələrin icrası zamanı işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan, risk qrupuna daxil olan gənclərlə yanaşı, Vətən müharibəsində iştirak edən, ikinci Qarabağ müharibəsi nəticəsində zərər görən və ya şəhid ailəsinin üzvü olan gənclərə üstünlük verilir.

 

Gənclərin Dayanıqlı Məşğulluğu proqramına müraciət üçün Agentlik və Fond tərəfindən www.genc.az saytı yaradılıb.

 

“Biznesini Yarat Marafonu”

 

“Biznesini Yarat Marafonu” “Gənclərin Dayanıqlı Məşğulluğu" proqramına daxil olan layihələrdən biridir. Layihənin məqsədi işsiz və işaxtaran gənclərin biznes ideyalarını reallaşdırmalarına, məşğulluq imkanlarına yiyələnmələrinə özünüməşğulluq proqramı vasitəsilə də dəstək olmaqdır.

 

Layihənin əsas hədəf kütləsi olan gənclər aşağıdakı kateqoriyalar üzrə müəyyənləşdirilib:

 

  • Yaş aralığı 18-29;
  • Məsuliyyətli və öyrənməyə həvəsi olan;
  • İşsiz və işaxtaran gənclər.

 

Aşağıda qeyd olunmuş kateqoriyalardan birinə daxil olan şəxslər müraciət edə bilməzlər:

 

  • aktiv əmək müqaviləsi olan şəxslər;
  • işi və qazancı olan şəxslər;
  • təhsil müəssisəsində əyani təhsil alan şəxslər.

 

Müraciətlər dəyərləndirilərkən aşağıda qeyd olunmuş bəndlərə uyğun gənclərə üstünlük verilir:

 

  • Əmək qabiliyyətli əlilliyi olan gənclər;
  • Risk qrupuna daxil olan gənclər;
  • Şəhid ailəsinin üzvü olan gənclər;
  • Vətən müharibəsində iştirak etmiş gənclər;
  • Məcburi köçkün qəsəbələri və işğaldan azad edilmiş bölgələrdən olan gənclər.

 

Marafona qoşulmaq üçün 18-29 yaş kateqoriyasından olan gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb saytında (www.gənc.az)  və ya “GencAPP” mobil tətbiqində yerləşdirməlidir. Bu ideyalar “Qiymətləndirmə komissiyası” tərəfindən dəyərləndirilərək biznes ideyası uyğun hesab edilən gənclər təlimə cəlb ediləcək. Müraciətlər “Qiymətləndirmə komissiyası” tərəfindən dəyərləndiriləcək. Marafonun qalibi olan 300-dək gəncə özünüməşğulluq proqramı çərçivəsində dəstək göstəriləcək.

 

İşəgötürənlər Üçün Əməkhaqqı Subsidiyası

 

“Gənclərin Dayanıqlı Məşğulluğu” proqramına daxil olan digər bir layihə “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası”dır. Gənclər arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn layihə gənc və təcrübəsiz şəxsləri işə qəbul etməsi üçün işəgötürənləri həvəsləndirmək məqsədilə icra olunur.

 

Layihə çərçivəsində, gənc və təcrübəsiz işçilər arasında işsizlik səviyyəsini azaltmaq məqsədilə onların əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək. Gənclərin işlə təmin olunması üçün müxtəlif şirkətlərlə əməkdaşlıq nəzərdə tutulub.

 

Layihənin əsas hədəf kütləsi olaraq aşağıdakı kateqoriyalara məxsus 100 nəfər gənc müəyyənləşdirilib:

 

  • Yaş aralığı 18-29;
  • Məsuliyyətli və öyrənməyə həvəsi olan;
  • Təcrübəsiz olan işsiz və işaxtaran gənclər.

 

Aşağıda qeyd olunmuş kateqoriyalardan birinə daxil olan şəxslər müraciət edə bilməzlər:

 

  • Aktiv əmək müqaviləsi olan şəxslər;
  • İşi və qazancı olan şəxslər;
  • Təhsil müəssisəsində əyani təhsil alan şəxslər.

 

Müraciətlər dəyərləndirilərkən aşağıda qeyd olunmuş bəndlərə uyğun gənclərə üstünlük veriləcək:

 

  • Əmək qabiliyyətli əlilliyi olan gənclər;
  • Risk qrupuna daxil olan gənclər;
  • Şəhid ailəsinin üzvü olan gənclər;
  • Vətən müharibəsində iştirak etmiş gənclər;
  • Məcburi köçkün qəsəbələri və işğaldan azad edilmiş bölgələrdən olan gənclər.

 

“Peşəkar Gənclik” layihəsi

 

Proqrama daxil olan “Peşəkar gənclik” layihəsi müxtəlif peşə və ixtisas sahələri üzrə gənclərin bilik və bacarıqlarının artırılması və onlar arasında işsizlik səviyyəsinin azaldılmasına yönəlib. Layihə çərçivəsində Bakı kəndləri, Abşeron rayonu və Sumqayıt şəhərində iş axtaran və karyerasını müxtəlif sahələrdə qurmaq istəyən gənclər üçün peşə və ixtisaslarına uyğun mövzularda təlim proqramları təşkil olunacaq. Təlimi uğurla başa vuran gənclər təcrübə proqramlarına yönləndiriləcəklər. Sonda uğurlu nəticə göstərən gənclər peşə və ixtisaslarına uyğun  işlə təmin olunacaqlar.

 

200-ə yaxın gənci əhatə edəcək layihənin əsas hədəf qrupu aşağıdakı kateqoriyalar üzrə müəyyənləşdirilib:

 

  • Yaş aralığı 18-29;
  • Məsuliyyətli və öyrənməyə həvəsi olan;
  • İşsiz və işaxtaran gənclər.

 

Aşağıda qeyd olunmuş kateqoriyalardan birinə daxil olan şəxslər müraciət edə bilməzlər:

 

  • aktiv əmək müqaviləsi olan şəxslər;
  • işi və qazancı olan şəxslər;
  • təhsil müəssisəsində əyani təhsil alan şəxslər.

 

Müraciətlər dəyərləndirilərkən aşağıda qeyd olunmuş bəndlərə uyğun gənclərə üstünlük veriləcəkdir:

 

  • Əmək qabiliyyətli əlilliyi olan gənclər;
  • Risk qrupuna daxil olan gənclər;
  • Şəhid ailəsinin üzvü olan gənclər;
  • Vətən müharibəsində iştirak etmiş gənclər;
  • Məcburi köçkün qəsəbələri və işğaldan azad edilmiş bölgələrdən olan gənclər.

 

 

Layihə tərəflərarası bağlanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir.